Binə bələdiyyəsinin sədri Habil Həmidovun Belediyye.infoya verdiyi məlumata görə, dekabrın 10-da bələdiyyə iclasında 2016-cı il üçün büdcə layihəsi müzakirə edilərək təsdiq edilib.
Sədrin sözlərinə görə, növbəti ildə də bələdiyyə büdcəsinin sosialyönümlü olması nəzərdə tutulub.
Sədrin sözlərinə görə, bələdiyyə büdcəsinin gəlirləri 334 min manat nəzərdə tutulub. ilkin olaraq bu vəsaitin əsas hissəsi əmlak vergisinin üzərinə düşəcəkdir. Belə ki, sədrin sözlərinə görə, əldə edəcəyimiz vəsaitin 238 min manatı əmlak, 68 min manatı torpaq vergisi,13.5 min manatı icarə haqqından, 6.5 min manatı isə küçə divar reklam ödənişlərindən olması proqnozlaşdırılır.
əldə edilən vəasitin 78.5 min manatı qəsəbənin küçə və meydanlarının təmirinə çəkiləcəkdir.
Lakin 2016-cı ildə bələdiyyə əlavə olaraq əldə etdiyi vəsaitlə gəlir gətirən sahə yaratmaq niyyətindədir. Bunun üşün büdcədə 70 min manat nəzərdə tutulub.
Sosial layihələrin icrasına 25 min manat vəsatin ayrılması nəzərdə tutulduğunu deyən sədr əhali arasında maarifləndirmə işlərinə ciddi diqqət ayıracaqlarını da dilə gətirdi.
Belediyye.info