"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binə bələdiyyəsi sosial layihələrə üstünlük verir

--2016-01-28 / 12:59

Binə bələdiyyəsi 2015-ci ildə öz fəaliyyətini bələdiyyələrin yerli sosial müdafiə, yerli iqtisadi inkişaf və yerli ekoloji məsələlərin həlli istiqamətində qurub.

 Öncə qeyd edim ki, Binə bələdiyyəsi ötən il ərzində 18 iclas keçirib. Bu iclaslarda 61 məsələ müzakirə olunaraq müvafiq qərarlar çıxarılıb. Gündəliyə salınan məsələlərdən 9-u abadlıq işlərinin aparılmasına maliyyə vəsaitinin ayrılması, 14-ü maddi yardım edilməsi, 30-u təşkilati məsəllərə, 8-i mədəni tədbirlərin keçirilməsinə həsr edilib.

Hesabat dövründə bələdiyyəyə vətəndaşlar tərəfindən 73 ərizə və müraciət daxil olub. Onlardan 41-i maddi yardımla, 3-ü fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması, 5-i mənzillərin təmiri, 24 ərizə müxtəlif şikayət və məlumat xarakterli olub. Hər zaman çalışırq ki, ərizə və müraciətlərdə qaldırılan məsələlər imkan daxilində icra edək. Belə ki, 41 nəfərə maddi yardım, 5 nəfərin evinin təmir edilməsinə müxtəlif tikinti materialları alınıb verilib. Edilmiş şikayətlərin bir qismi yerindəcə həll edilib.

 

Bir məqama da diqqəti çəkim ki, il ərzində bələdiyyədə 672 nəfər qəbul edilib. Onların şikayət və müraciətləri diqqətlə dinlənilib. Yerində həlli mümkün olan məsələlər həll edilib.

Bununla yanaşı qəsəbənin sosial həyatında Binə bələdiyyəsi fəal iştirakını davam etdirməkdədir. Bələdiyyəmiz qəsəbənin abadlıq-təmizlik işlərini gündəlik olaraq nəzarətdə saxlayır. Vaxtaşırı qəsəbədaxili yolların dağılmış hissələrinə qum, daş qırıntısı, asfalt qırıntısı tökərək qreyderlə hamarlanır.

Qəsəbənin mərkəzi magistral yolunun 1800 metr hissəsində təmir-bərpa işləri aparılaraq və  580 m3 daş qırıntısı tökülərək asfalt bərkidən katokla əzilərək qreyderlə hamarlanıb.

Bundan başqa qəsəbənin müxtəlif məhəllələrində torpaq yollara qum-çınqıl tökülərək qreyderlə hamarlanma işləri aparılıb. Hamarlanma işləri hər ay davam etdirilir.

 

Qəsəbənin  Bakı Elektormexanika zavodu ətrafında yaşayan bir qrup sakinlərin müraciətlərini nəzərə alaraq qış aylarında məhəlləyə toplanmış yağış və qrunt sularını təmizləmək məqsədi ilə bələdiyyə tərəfindən  220 manat ayrılaraq 1 ədəd nasos və 100 metr şlanq alınaraq  sakinlərin istifadəsinə verilib. Ötən il ərzində bələdiyyənin inzibati binası qarşısındakı bağda və şəhidlərin xatirəsinə salınmış parkda 350 m2 yaşıl örtük, qazon döşənmiş və müxtəlif ağaclar, bəzək kolları, Binə asma körpüsündən mərkəzi yolun kənarında 100 ədəd şam ağacı əkilib.

Binə bələdiyyəsi sosial  layihələrə üstünlük verir. Belə ki, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində Binə bələdiyyəsi xeyli işlər görüb və bu iş cari ildə də davam etdiriləcəkdir.

Aztəminatlı ailə kimi qeydiyyata alınmış qəsəbə sakinlərnə, o cümlədən 51 nəfər qoca, ahıl, imkansız aztəminatlı ailələrə il ərzində 3 min manat məbləğində maddi köməklik edilib.

Habelə qəsəbənin Hövsan südçülük sovxozunda yaşayan Teymur Tahirovun eyni vaxtda doğulmuş 1-ci sinfə gedəcək 3 övladının hər birinə bir dəst məktəbli forması , bir cüt ayaqqabı və bir ədəd məktəbli çantası alınaraq onlara verilib. Bu ailənin uşaqları bələdiyyənin daim diqqətindədir.

Müqəddəs Qurban bayramı münasibətilə qəsəbədəki şəhid ailələri, 20 Yanvar şəhidləri, Çernobıl , Qarabağ müharibəsi və göz əlillərinə , aztəminatlı ailələrə qurban ətinin verilməsi məqsədi ilə büdcədən 1600 manat pul vəsaiti ayrılaraq hər bir ailəyə 1 kq olmaqla, digər ərzaq payı ilə paylanılıb. Qəsəbə sakini Səfərova Nərgiz əmirhüseyn qızının həyat yoldaşına baş daşı düzəldilməsi məqsədi ilə büdcədən maliyyə vəsaiti ayrılaraq  düzəldilib.

Qəsəbədəki yeniyetmə və cavanların asudə vaxtlarının səmərəli keçirilməsi də diqqət mərkəzində saxlanılır. Yeniyetmələrdən ibarət futbol komandasına Binə bələdiyyəsi tərəfindən hər il köməklik etməyi də unutmuruq. Belə ki,  komandanın AFFA-ya ödəyəcək 600 manat üzvlük haqqı bələdiyyə tərəfindən ödənilib.

Qəsəbədəki tarixi abidələrin qorunmasını da Binə bələdiyyəsi diqqət mərkəzində saxlayır. Qəsəbədəki “Mövsüm-Səlim” məscidinin qorunub saxlanılması üçün hər ay büdcədən 150 manat pul vəsaiti ayrılması haqqında qərar qəbul edilib.  

Son olaraq qeyd edim ki, Binə bələdiyyəsi bundan sonra da öz öhdəsinə düşən vəzifələri  prezidentimiz ilham əliyevin təsdiq etdiyi Dövlət proqramına uyğun olaraq uğurla yerinə yetirəcək və   seçicilərinimiz qarşısında götürdüyümüz öhdəlikləri uğurla həll edəcəyik.

                                                Habil Həmidov  

Xəzər rayonu Binə bələdiyyəsinin sədri

ŞƏRHLƏR