Binə bələdiyyəsi 2020-ci il ərzində 18 iclas keçirmişdir. iclasda 75 məsələ müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdir. iclasın gündəliyinə çıxarılmış məsələlərdən abadlıq işlərinin aparılmasına 12, maddi yardım edilməsinə 18, təşkilati məsələlərə 34, cari 11 məsələ həsr edilmişdir.
Hesabat dövründə bələdiyyəyə vətəndaşlardan maddi yardımla bağlı 36, müxtəlif şikayət xarakterli isə 44 ərizə daxil olmuşdur.
Müraciətlərin çox hissəsi bələdiyyə tərəfindən həll edilmiş, həlli mümkün olmayan məsələlər barədə isə aidiyyatı qurumlara müraciət edilmişdir.
2020-ci il ərzində 110 məktub və sərəncam daxil olmuşdur. XRiH-dən 67, Bələdiyyələrlə iş Mərkəzindən 16, müxtəlif idarə və təşkilatlardan 38 məktub daxil olmuşdur. Daxil olan məktublar vətəndaşlara maddi köməklik olunması, mənzil şəraitinin yaxşılaşdırılması, inzibati məsələlər və müxtəlif tövsiyyələrdən ibarət olmuşdur.
il ərzində 321 nəfər qəbul edilmişdir. Onların şikayətləri diqqətlə dinlənilmişdir. Həlli bələdiyyədə mümkün olan məsələlər qısa müddətdə həll edilmişdir. Həlli bələdiyyə tərəfindən mümkün olmayan məsələlər barədə aidiyyatı qurumlara məlumat verilmişdir.
Qəsəbənin sosial həyatında Binə bələdiyyəsi öz fəal iştirakını davam etdirmiş, abadlıq, təmizlik işlərini daima nəzarətdə saxlamışdır. Qəsəbədaxili dağılmış torpaq yollar yararlı vəziyyətə gətirilmişdir.
Qəsəbənin ə.isazadə küçəsində müxtəlif ağaclar əkilmiş, onlara daima qulluq edilmişdir. Qəsəbənin i.əhmədov küçəsində salınmış parkdakı yaşıllıqlara mütəmadi olaraq qulluq edilmişdir. Küçə və yolların kənarlarından alaq otları vurularaq təmizlətmişdir.
Qəsəbənin mərkəzi hissəsindəki şəhidlərin xatirəsini əbədiləşdirən park və inzibati binaların qarısındakı ağaclar və bəzək kollarına daima qulluq edilmişdir. Ağaclar vaxtaşırı suvarılmış, quru budaqları kəsilmiş, gövdələri əhənglə ağardılmışdır.
Qurumuş bəzək kolları və ağaclar yenisi ilə əvəz olunmuşdur.
Qəsəbədəki 4 nəfər 20 Yanvar şəhid ailələrindən əliyev Çingiz Mirzəhüseyn oğlunun ailəsinə, Ağayev Səməd Sərxan oğlunun ailəsinə, əlil əsgərov Zəki Höccət oğlunun ailəsinə, əlil Hüseynov Vasif Qulam oğluna hər birinə 50 manat olmaqla, bələdiyyə tərəfindən onlara 200 manat köməklik edilmişdir.
Aztəminatlı ailə kimi qeydiyyatda olan Ağayev Elşad Güləmirzə oğlu, Aslanov Elşad Məlik oğlu, əkbərova iradə Canəli qızı, əliyev əli Soltanağa oğlu, şabanova Xanımnaz Abdulla qızı və Mirzəyev Rafəddin Rizvan oğluna il boyu maddi yardımla təmin olunması barədə qərar qəbul edilmişdir və həmin ailələrə maddi yardım olunması davam etdirilir.
Bələdiyyə tərəfindən il ərzində maddi vəziyyətləri ağır olan, müxtəlif xəstəliklərdən əziyyət çəkən bir çox sakinə maddi köməklik edilmişdir. Bunlardan qəsəbə sakini Qarabağ müharibəsi əlili Zamanov ilham Sabir oğlunun dəfn xərcinin çəkilməsinə köməklik məqsədilə 300(üç yüz) manat, Mustafayeva Aygün Sabir qızına 40 (qırx) manat, Fərəcova şairə ismayıl qızına 70(yetmiş) manat, Nuriyeva Zenfira Həmdulla qızına 40(qırx) manat, Məmmədova Nigar əmiraslan qızına 80(səksən) manat, Sultanova Zülfiyyə əskər qızına 30(otuz) manat, əmirova Fəzilə Fərzulla qızına 30(otuz) manat, Mirzəyeva Telnaz Sultan qızına 40(qırx) manat, Xosrovova Gülşən Gülməmməd qızına 200(iki yüz) manat, Məmmədov Natiq əbdülhüseyn oğlu, Salmanov Nicat Arzuman oğlu, Cavadlı Pərvanə Müzəffər qızı, Məhərrəmov Vidadi Mehman oğlu, əliyeva Rədifə Fazil qızına anasının müalicəsindən ötrü 150 (bir yüz əlli) manat, Səfərova Xalidə Ağagül qızının hər birinə 100(bir yüz) manat, Mirzəyeva Sədaqət Ataxan qızı və əliyeva Gülnarə Çingiz qızının hər birinə 50(əlli) manat, Sadıqova Bəhlalə Qiyas qızına 30(otuz) manat, şixəliyeva Kəmalə Fərəməz qızına bələdiyyə büdcəsindən 20(iyirmi) manat, əbilov Mirağa Saleh oğluna evi yandığına görə 500(beş yüz) manat, Boqdanova Anna Vladimorovnaya Qarabağ müharibə veteranı olan qardaşı Çelninskiy Sergey Vladimiroviçin dəfn olunmasına köməklik olunması üçün 200 manat, Çernobl əlili Abdullayev Tofiq Yunus oğlu rəhmətə getdiyinə görə dəfn olunmasına köməklik olunması üçün 200 manat, Bünyatova Zeynəb Mirəli qızına ayağı kəsildiyi və işləmədiyi üçün 100 manat, Onkoloji xəstə Məmmədova Roza əli qızına 50 manat, Bəşirova Dilavər Qurban qızına bələdiyyənin təşkilatçlığı ilə imkanlı şəxslərin hesabına ərzaq yardımı edilmiş, Vahabzadə şəhriyar Mirismayıl oğluna evi yandığına görə bələdiyyə tərəfindən 500(beş yüz) manat, Heydərov Heydər Bahadur oğluna maddi köməkliyə ehtiyacı olduğuna görə 40(qırx) manat, 2-ci qrup əlil olduğuna görə Rəhimov Nazim Həsən oğluna 30(otuz) manat, Mirzəliyeva Reyhanə Mehrac qızına ailə başçısının xəstə olduğuna görə 50(əlli) manat, Nəcəfov Vüsal Balamirzə oğluna 100(bir yüz) manat, Hacıyeva Sevda Mehralı qızına bələdiyyə tərəfindən 50 (əlli) manat, Rzayeva Sevil Mirzəli qızı və Dövlətova Səltənət Çoban qızına hər birinə 100(bir yüz) manat olmaqla ümumilikdə 200(iki yüz) manat, Bağırov Səbuhi Eldəniz oğluna övladının tibbi ləvazimatlarını ala bilməsi üçün 30 (otuz) manat, Abdullayeva Kəmalə Savalan qızına çətin ailə şəraitində yaşadığı və xəstə uşağına köməklik olunması ilə bağlı 70(yetmiş) manat, Sultanova Zülfiyyə əsgər qızına xəstə uşağına tibbi ləvazimatlar ala bilməsi üçün 20(iyirmi) manat, vətəndaş əfəndiyeva Gülnarə isa qızı və Kərimov Xanverdi Rza oğlunun ərzaq yardımı ilə təmin olunmuş, Kərimov Rövşən ələddin oğluna maddi vəziyyətinin çətin olduğuna görə 50(əlli) manat, Rəhimova Vüsalə əzizağa qızına karantin dövründə heç bir maddi yardım almadığına görə 50 (əlli) manat, Məmmədova Səkinə şakir qızı öhdəliyində autizm sindromlu övladının olduğuna görə 50(əlli) manat, Hüseynova şəhla Pənah qızına maddi imkansızlıqdan əziyyət çəkdiyinə görə 50(əlli) manat, əkbərova Nənəbacı Hacı qızının tənha yaşadığı, yaşlı olduğuna görə ərzaq və tibbi ləvazimatlar almaq üçün 30(otuz) manat, şərbətova Xatirə Xankişi qızına maddi imkansızlıqdan əziyyət çəkdiyinə görə 40(qırx) manat, Babayeva Məlahət Hüseynbala qızına maddi vəziyyətinin çətin olduğuna görə 50(əlli) manat, Qurbanova Zeynəb Balakişi qızı evinin təmiri üçün 12 kub taxta ilə təmin olunsun, əzizov Extiyar Tərlan oğluna maddi vəziyyətinin çətin olduğuna görə 50(əlli) manat, Süleymanov isa Hüseyn oğluna maddi vəziyyətinin çətin olduğuna görə 50 (əlli) manat, Süleymanova Zərifə Bayram qızına xəstəliyə gör müalicə olunmasından ötrü 50 (əlli) manat, Orucov Məzahir Sabir oğlu, şabanov Vidadi əlirza oğlu, Nəzərova Təyyarə əli Abas qızı, Namazov Altay Xudayar oğlu və əsgərov Səlimxan Səfər oğluna övladlarına məktəbli forması alınmasından ötrü 500 manat, Zamanov şixəli Hənifə oğlu və əliyeva Arzu əkbər qızına övladlarına məktəbli forması alınması üçün hər birinə 100(bir yüz) manat olmaqla ümumilikdə 200(iki yüz) manat, Tahirov Elşən imran oğluna maddi vəziyyəti çətin olduğuna görə 100 (bir yüz) manat, şükürova Ofeliya şükür qızına maddi vəziyyəti çətin olduğuna görə 50(əlli) manat,
Səfərova Dilşad Ağasəf qızına xəstəliyi ilə bağlı müalicə olunmasından ötrü 30 (otuz) manat, Ağayeva Pakizə Hacıəli qızına dərman almaqdan ötrü 20 (iyirmi) manat, Mirzəyeva Sədaqət Ataxan qızına müalicə olunmaq üçün 50(əlli) manat, Süleymanova Aidə Mahir qızına maddi vəziyyəti çətin olduğuna görə 100(bir yüz) manat, əsədova Aydan ilham qızına həyat yoldaşı könüllü olaraq hərbi xidmətdə olduğu üçün 50 (əlli) manat, Rakidə Esmira Qəzənfər qızına həyat yoldaşı vəfat etdiyinə və oğlunun hərbi xidmətdə olduğuna görə 50 (əlli) manat, əzimova şahnaz Xalid qızına yanmış evinin təmir olunmasından ötrü 50 (əlli) manat, Məşədiyeva Arzu Sabir qızına çətin ailə şəraitində yaşadığına görə 30 (otuz) manat, Məmmədova Vüsala Cavanşir qızına maddi vəziyyəti aşağı olduğuna görə 30 (otuz) manat, Zərqələm Nuru qızına 50 (əlli) manat, Ağalətif əliyevə 50(əlli) manat, əliyeva Gülsanə Sadıq qızına 50 (əlli) manat, əhmədov imran Hüseynbala oğluna 50 (əlli) manat, Kərimov Nadir Kərim oğluna 50(əlli) manat, Həsənov Elçin əjdər oğluna 80(səksən) manat, Məmmədova Ülviyyə şaverən qızına 50 (əlli) manat, Nuriyev Vahid Vaqif oğluna 200(iki yüz) manat maddi yardım ayrılmışdır.
Eləcə də bütün dünyada yayılmış pandemiyanın qarşısının alınması məqsədi ilə qəsəbə ərazisində yaşayan yaşı 65-dən yuxarı və ümumiyyətlə yardıma ehtiyacı olan 400 (dörd yüz) nəfərə bələdiyyənin təşkilatçılığı ilə qəsəbədəki imkanlı şəxslərlə birlikdə müxtəlif çeşidli ərzaq yardımları göstərilmişdir.
Qəsəbə yaşayan köməyə ehtiyacı olan yaşlı, əlil, tənha və imkansız şəxslərə Binə bələdiyyəsinin təşkilatçılığı ilə sahibkarlar və imkanlı şəxslər tərəfindən qurban əti ilə yardım olunmuşdur.
Vətən müharibəsində şəhid olan hərbçilərimizin dəfn mərasimlərinin keçirilməsinə bələdiyyə tərəfindən qismən köməklik olunması məqsədilə 4000(dörd min) manat məbləğində maliyyə vəsaiti ayrılmış və xərclənmişdir. Vətən müharibəsində şəhid olan hərbçilərimizin məzar daşlarının hazırlanması və məzarların ətrafında abadlaşdırılma işlərinin aparılması məqsədilə isə 1500(bir min beş yüz) manat məbləğində maliyyə vəsaiti ayrılmışdir.
Binə bələdiyyəsi bundan sonra da öz öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqdır.
H.S.Həmidov
Xəzər rayonu Binə bələdiyyəsinin sədri