Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə müvafiq olaraq, Xəzər rayon Binə bələdiyyəsinin 2021-ci ilin birinci yarısında gördüyü işlər barədə hesabat ictimaiyyətə təqdim edilir.
Bələdiyyədə 2021-ci ilin 6 ayı ərzində kargüzarlıq işləri “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”Azərbaycan Respublikasının qanununa uyğun qayadada qurulmuşdur. Vətəndaşların ərizə və şikayətlərinə vaxtında baxılmaqla catışmamazlıqları aradan qaldırmaq üçün bir sıra tədbirlər görülmüşdür. Hamımıza məlumdur ki, bələdiyyə öz büdcəsini torpaq və əmlak vergilərindən formalaşdırır.
Diqqətinizə çatdırırıq ki, Binə bələdiyyəsi 2021-ci il 6 ayında 10 iclas keçirmişdir. iclasda 40 məsələ müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdir. iclaslarda sakinləri narahat edən bir sıra cari məsələlər müzakirə edilib, komissiyaların rəy və təklifləri dinlənilmişdir. iclasın gündəliyinə çıxarılmış məsələlərdən abadlıq işlərinin aparılmasına 6, maddi yardım edilməsinə 11, təşkilati məsələlərə 18, cari məsələlərə 5 məsələ həsr edilmişdir.
Hesabat dövründə bələdiyyəyə vətəndaşlardan maddi yardımla bağlı 37, müxtəlif şikayət xarakterli isə 16 ərizə daxil olmuşdur.
Müraciətlərin çox hissəsi bələdiyyə tərəfindən həll edilmiş, həlli mümkün olmayan məsələlər barədə isə aidiyyatı qurumlara müraciət edilmişdir.
2021-ci ilin 6 ayı ərzində 121 məktub və sərəncam daxil olmuşdur. XRiH-dən 70, Bələdiyyələrlə iş Mərkəzindən 38, müxtəlif idarə və təşkilatlardan 13 məktub daxil olmuşdur. Daxil olan məktublar vətəndaşlara maddi köməklik olunması, mənzil şəraitinin yaxşılaşdırılması, inzibati məsələlər və müxtəlif tövsiyyələrdən ibarət olmuşdur.
6 ay ərzində 510 nəfər qəbul edilmişdir. Onların şikayətləri diqqətlə dinlənilmişdir. Həlli bələdiyyədə mümkün olan məsələlər qısa müddətdə həll edilmişdir. Həlli bələdiyyə tərəfindən mümkün olmayan məsələlər barədə aidiyyatı qurumlara məlumat verilmişdir.
Qəsəbənin sosial həyatında Binə bələdiyyəsi öz fəal iştirakını davam etdirmiş, abadlıq, təmizlik işlərini daima nəzarətdə saxlamışdır. Qəsəbədaxili dağılmış torpaq yollar yararlı vəziyyətə gətirilmişdir.
Qəsəbənin ə.isazadə küçəsində müxtəlif ağaclar əkilmiş, onlara daima qulluq edilmişdir. Qəsəbənin i.əhmədov küçəsində salınmış parkdakı yaşıllıqlara mütəmadi olaraq qulluq edilmişdir. Küçə və yolların kənarlarından alaq otları vurularaq təmizlənmişdir.
Qəsəbənin mərkəzi hissəsindəki şəhidlərin xatirəsini əbədiləşdirən park və inzibati binaların qarısındakı ağaclar və bəzək kollarına daima qulluq edilmişdir. Ağaclar vaxtaşırı suvarılmış, quru budaqları kəsilmiş, gövdələri əhənglə ağardılmışdır. Qurumuş bəzək kolları və ağaclar yenisi ilə əvəz olunmuşdur.
Aztəminatlı ailə kimi qeydiyyatda olan bir neçə ailənin il boyu maddi yardımla təmin olunması barədə qərar qəbul edilmişdir və həmin ailələrə maddi yardım olunması davam etdirilir.
Bələdiyyə tərəfindən 6 ay ərzində maddi vəziyyətləri ağır olan, müxtəlif xəstəliklərdən əziyyət çəkən bir çox sakinə maddi köməklik edilmişdir. Bunlardan qəsəbə sakini Qənbərova Aynurə Polad qızına, Heydərov Vahid isgəndər oğluna, Təhməzli şəhla Fəxrəddin qızına, Həmidova Ülfət Bəyverdi qızına Abbasova Çinarə Nüsrət qızına, Muxtarov Çərkəz Müslüm oğluna, Hacıyeva Sevda Mehralı qızına, Rəcəbova Sevinc Canəli qızına, Kişiyev Tovuz Ağasən oğluna, Nəzərov Rövşən Güləbala oğluna, Cəfərov Vaqif Nəsir oğluna, Ağayeva Arifə Hacıhüseyn qızına, qazi Bünyatov Samir Bəxtiyar oğluna, Musayeva Kamilə Qəndam qızına, qazi anası Rəhimova Nəsibə Balasən qızına, qazi atası Həsənov Nurəddin Surxay oğluna, Məmmədova Səmidə Səfail qızına, Rəhmanova Seyranə Məsim qızına, Cümşüdova Ailə Allahverdi qızına, evi yanan Vahabova Seyidxanım şirəli qızına, Cəfərov əfsun Musa oğluna, əliyev inqilab Qəribxan oğluna, əliyeva Gülçiçək Tarix qızına, Fərəcova şairə ismayıl qızına, Nəsirov Qoşqar əsgər oğluna, Rzayev Sənan Ağabala oğluna, əliyev Pənah Mirzəbala oğluna, Məmmədova Mənzər Rza qızına, Novruzova Fərqanə Orucəli qızına, qazi Kazımzadə Nizami əliəşrəf oğluna, qazi anası Alimə Mirzoyevaya, qazi anası Rəhimova Nəsibə Balasən qızına, qazi Turablı Nicat Eynulla oğluna, qazi Məmmədov Həsən Ramiz oğluna, qazi əliyev Pərviz şixəli oğluna, Hüseynova Reyhanə Hüseyn qızına, ismayılova Zəkiyyə Yolağa qızına, Quliyev Oqtay Ağarza oğluna evi yandığına görə, Rəhimov Nazim Həsənağa oğluna, Muradova Aidə əliyağa qızına, vətən müharibəsi iştirakçısı Bayramov Fərrux Tahir oğluna dərman almaq üçün, şəhid ailəsi isazadə Almaxanım əlihüseyn qızına, Məmmədova Sevil Qələndər qızına, Səfərov Sərdar Hacıbaba oğluna maddi vəziyyəti aşağı olduğuna görə, qazi Güləhmədov Eldar Eynulla oğluna, qazi Eynəliyev Elxan Mehman oğluna, əsədov Üzeyir Camal oğluna, qazi Mikayılov Nazim Nadir oğluna, Səmədova Hürü Ağaxan qızına, Dadaşova Ruhiyyə Səxavət qızına, Vətən müharibəsi iştirakçısı əliyev Elnur Orucəli oğluna, Vətən müharibəsi iştirakçısı Rəsulov şahbaba Rəsul oğlu, Abışova Günay Yusif qızına iki azyaşlı uşağına köməklik olunmasına görə, əsgərov Qüdrət Fikrət oğluna şəkər xəstəsi olduğuna görə, Cavadov Ağəli Qənbərarı oğluna, Vətən müharibəsi iştirakçısı əlizadə Ruxulla ilqar oğluna, Hüseynova Səkinə Rəşidovnaya evinin təmir olunmasından ötrü, Babayeva Məlahət Hüseynbala qızına maddi vəziyyəti aşağı olduğuna görə, qazi Babayev Hacıbaba Rafiq oğluna, Məmmədov Rüfət Orucəli oğluna, əliyeva Aynur Balafəndi qızına, Məmmədov Elman Abbasəli oğluna maddi vəziyyəti ağır olduğuna görə, Cəfərov Nemət əlipaşa oğluna ümumilikdə 5382(beş min üç yüz səksən iki) manat pul vəsaiti ayrılmış və bəzilərinə yardım olunmuşdur.
Vətən müharibəsində həlak olmuş şəhid Yusifzadə Ramil Adəm oğlunun xatirəsinə bulağın tikilməsi üçün pul vəsaiti ayrılmışdır.
1-ci Qarabağ müharibəsi zamanı həlak olmuş şəhid Rizvan Məmmədhüseynovun ailəsinə soyuducu alınmasından ötrü bələdiyyə büdcəsindən 1800 (bir min səkkiz yüz) manat məbləğində maddi yardım olunmuşdur.
Vətən müharibəsində qazandığımız qələbə nəticəsində Azərbaycan Respublikası dünya dövlətləri arasında böyük nüfuz qazanmışdır. Prezidentimiz cənab ilham əliyevin rəhbərliyi ilə qazanılan bu Qələbə bələdiyyələrdə də böyük ruh yüksəkliyi yaratmışdır.
Binə qəsəbəsindən olan qazilər, həmçinin şəhid ailələri daim diqqət mərkəzində olmuşdur. Binə bələdiyyəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq şəhid ailələri və qazilər ziyarət olunur, onların sosial problemləri öyrənilir və imkan daxilində onlara köməklik göstərilir. Beləliklə Vətən müharibəsində şəhid olan hərbçilərimizin ailələrinə və qazilərin bəzilərinə bələdiyyə büdcəsindən 1160 (min yüz altmış) manat ərzaq yardımı olunmuşdur.
Azərbaycan Uşaq Fondu Himayəçilik şurası tərəfindən valideyn himayəsindən məhrum olan, xəstə və aztəminatlı ailələrin övladlarına köməklik göstərilməsi məqsədi ilə Fonda 200(iki yüz) manat pul vəsaiti köçürülmüşdür.
Vətən müharibəsində həlak olmuş şəhid şirvani Həsənağa Bəhruz oğlunun ailəsinin yaşadığı evin həyətində 14 m2 əraziyə tamet düzülmüşdür.
Binə Bələdiyyəsi bundan sonra da vətəndaşları yerli özünüidarə prosesinə cəlb etməkdə, qarşıya çıxan problem və nöqsanları aradan qaldırmaq üçün bütün gücünü səfərbər edəcək, yerli problemlərin həllində öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir
H.S.Həmidov
Xəzər rayonu Binə bələdiyyəsinin sədri