Xəzər rayonu Binə bələdiyyəsi tərəfindən
2021-ci ildə görülmüş işlər haqqında,
o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə
mülkiyyətinin istifadəsi haqqında
HESABAT
Hesabat dövrünün əvvəlində bələdiyyə iş planı təsdiq etmişdir, hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Müzakirə edilmiş məsələlər sırasında sosial, maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətləri və s. olmuşdur.
Xəzər rayonu Binə bələdiyyəsi tərəfindən 23 ümumi iclas keçirilərək 75 qərar qəbul edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq protokollar ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir.
Yerli Özünüidarəetmədə başlıca məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilib. Bununla əlaqədar bələdiyyələr də ölkədə həyata keçirilən sistemli iqtisadi-sosial inkişafa öz töhfələrini verməyə nail olub. əlbəttə ki, ölkədə aparılan islahatlar və artan iqtisadi göstəricilər yerli özünüidarəetmə orqanlarında da öz təsirini göstərməkdədir.
Geridə qoyduğumuz 2021-ci il ölkəmizin və xalqımızın həyatında müxtəlif hadisələrlə yadda qaldı. Dünya ictimaiyyətinin üzləşdiyi COViD-19 pandemiyası hazırda növbəti dalğası yaşanmaqdadır. Binə bələdiyyəsi tərəfindən “Azərbaycan Respublikası COViD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasına uyğun olaraq vaksinasiya prosesi uğurla davam etdirilir.
2021-ci ildə xalqımız və dövlətimiz üçün qürurverici hadisələrdə çoxdur. Bildiyiniz kimi Yeni təqvim ili olan 2022-ci il şuşa ili elan edilmişdir.
Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirib, real gəlir mənbələri müəyyənləşib, onlara uyğun xərclər nəzərdə tutulmuşdur.
Bələdiyyənin büdcəsinə daxilolmalar AR Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.
əhalidən rüsümların və vergilərin yığılması zamanı vergi ödəyicilərinə mövcüd qanunlar barədə məlumatlar verilir. Yığılan rüsümlar və vergilər haqqında məlumat hər gün təhlil edilir.
Ödənilmiş vergilər və rüsumlar bələdiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.
Bələdiyyənin vergi bazası genişdir. 2021-ci il ərzində bələdiyyə büdcəsinə 125559 manat gəlir daxil olmuş, xərclər 125959 manat təşkil etmişdir.
Büdcə gəlirlərinin əsas mənbəyi olan- torpaq icarəsindən 8000 və torpaq vergisindən-10745 manat əmlak vergisi- 98144 manat, dotasiyadan-8000 manat daxil olmuşdur.
Bələdiyyənin büdcəsinə daxil olmalar AR Nazirlər Kabinentinin. Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir.
Daimi əsaslarla bələdiyyədə calışan bələdiyyə üzvlərinin və qulluqcularının əmək haqqına-52093 manat, DSMF-18688 manat, bələdiyyənin saxlanmasına- 13000 manat , sosial yardımlar üzrə ödənişlər- 13277 manat, abadlıq, quruculuq təmir işlərinə 28900 manat xərclənmişdir.
ərazidə hesabat dövründə keçmiş Hövsan südçülük sovxozu, Donuzkökəltmə sovxozu, N.Abbasov küçəsi, Xəqani küçəsi,Dəmiryolçular küçəsi və sair küçələrin təmirinə və məhəllə yollarının qreyderlə hamarlanmasına, abadlıq, quruculuq işlərinin aparılmasına, Vətən müharibəsində həlak olmuş şəhid Yusifzadə Ramil Adəm oğlunun xatirəsinə bulağın tikilməsinə və 2-ci Qarabağ müharibəsində həlak olan şəhid əhmədli Qardaşxan Elxan oğlunun ailəsinin yaşadığı evə əlavə otaq tikmilməsinə maliyyə vəsaiti ayrılmış və xərclənmişdir.
Ümumiyyətlə inzibati ərazidə Bələdiyyə yaz-yay mövsümündə təmizlik işlərin görülməsi ilə yanaşı yanğınların qarşısının alınmasına dair işləri təşkil etmişdir.
Bələdiyyənin inzibati ərazisində ekoloji durumu, o cümlədən yaşıllıqlarının vəziyyəti daimi diqqət mərkəzindədir.
Məlum olduğu kimi –yaşıllıqlar vaxt keçdiqcə quruyur, bəziləri qəzalı vəziyyətə düşür və sakinlərin yaşadıqları yerlərdə təhlükə mənbəyi yaradır. Bunların qarşısının alınması istiqamətində Nazirlər Kabinetinin 30.08.2016-cı il 321 â„– -li Qərarına əsasən tədbirlər görülür.
Xəzər rayon Binə bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu da daim diqqət mərkəzində saxlanılır.
Təhlil göstərir ki, il ərzində vətəndaşlardan daxil olmuş 745 müraciət qeyd edilən məsələlərə aid olub:
Hesabat dövründə ayrı-ayrı təşkilatlardan daxil olmuş 193 məktub, müraciət, sərəncam və digər sənədlər əksər hallarda qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır.
Vətəndaşların müraciətləri ilə bağlı Bələdiyyədə onlara hüquqi yardım göstərilməsi də həyata keçirilir.
Bələdiyyədə 012-456-08-98 telefon nömrəsi fəaliyyət göstərir. Gün ərzində telefon vasitəsilə daxil olan şikayət və müraciətlər qeydə alınır və tədbirlər görülür. Bayram və qeyri-iş günləri həmin telefon nömrəsi vasitəsilə növbətçilik qrafiki üzrə məsul işçilər müraciətləri qəbul edir.
Bələdiyyə seçkili orqan olaraq çalışır ki, seçicilərlə ünsiyyətini daha da genişləndirsin. Daimi komissiyalar, “ictimai-Humanitar Məsələləri sektor”u ilə birlikdə əhaliyə, seçicilərə bələdiyyənin fəaliyyəti haqqında ətraflı məlumatların çatdırılmasında aktiv mövqe tutur və ötən illərlə müqayisədə bu sahədə irəliləyiş var.
Binə bələdiyyəsi təşkilatçılığı ilə 8 mart Beynəlxalq qadınlar bayramında qadın bələdiyyə üzvləri, bələdiyyə qadın qulluqçuları, bayram münasibətilə təbrik olunublar. 21 Mart Novruz bayramı münasibəti ilə tədbirlər həyata keçirilmişdir. Rayon ərazisində yaşayan 23 şəhid ailələri il boyu ziyarət edilmiş, bayram sovqatları verilmiş, ailə üzvlərinə bayram sovqatları təqdim edilmişdir. Novruz bayramı münasibəti ilə həmçinin ərazidə yaşayan şəhid ailələri, coxsaylı aztəminatlı, əlil, yardıma ehtiyyacı olan ailələrə də bayram sovqatları paylanılmışdır.
Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan qəhrəman şəhidlərimizi yad etmək, xatirələrini əziz tutmaq hər birimizin mənəvi borcudur.
27 Sentyabr “Anım Günü”, ilə bağlı olaraq, bələdiyyə qulluqçuları ilə birlikdə rayon ərazisində qeydiyyatda olan şəhidlərimizin məzarları ziyarət edilmiş, ailələri ilə görüşlər keçirilmiş, 18 Oktyabr Müstəqillik Günü, 8 Noyabr “Zəfər Günü”, 9 Noyabr “Bayraq Günü” ilə bağlı olaraq ilə əlaqədar olaraq məktəblilərlə birlikdə şəhidlər Xiyabanı ziyarət edilmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Xəzər rayon Binə bələdiyyəsi inzibati ərazisində yaşayan vətəndaşlara və media orqanlarına illik hesabatı elan, internet saytı və.s vaistələrlə catdırır.
H.S.Həmidov
Xəzər rayonu Binə bələdiyyəsinin sədri