Binə bələdiyyəsinin üzvləri şəhid ailələri ziyarət ediblər
Xəzər rayonu Binə bələdiyyəsi üzvləri şəhid ailələrini ziyarət ediblər. Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.
Məlumatda bildirilir ki, Xəzər rayonu Binə bələdiyyəsinin əməkdaşları 8 Mart Beynəlxlq Qadınlar Günü munasibətilə qəsəbədə yaşayan şəhid ailələrini ziyarət edərək onları təbrik etmiş, sosial-məişət qayğılarıyla maraqlanmışlar.
Qeyd edək ki, qəsəbə ərazisindəki şəhidlər xiyabanına Binə bələdiyyəsinin maliyyə dəstəyi ilə daim yüksək səviyyədə xidmət göstərilir.