Binəqədi rayon Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyevin Belediyye.infoya verdiyi məlumata görə, rayon bələdiyyələri bu dəfə Biləcəri bələdiyyəsinə toplaşıblar.
Görüşdə Binəqədi rayon Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı, M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac əliyeva, Xocasən bələdiyyəsinin sədri Anar Abbasov və Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev bələdiyyələrin qarşılaşdığı problemlərin birgə həlli yolları müzakirəyə çıxarılıb, görüşdə habelə hər bir sədr əldə etdiyi təcrübəni paylaşıblar.
əhalinin maarifləndirilməsinə önəm verilməsini diqqəti çəkən sədrlər, həm də verginin vaxtında verilməsi, habelə təmizliyə riayət edilməsi üçün sakinlərlə birgə layihələrin həyata keçirilməsi qərara alınıb.
Bununla yanaşı bələdiyyənin müvafiq şöbələrinin də birgə görüşlərinin keçirilməsi qərara alınıb.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|