“Binəqədi rayonunda formalaşan beş bələdiyyə hər zaman birlikdə fəaliyyət göstərir, qarşılıqlı əməkdaşlıq yolu ilə birgə layihələr həyata keçirir”- bu fikirləri Belediyye.infoya Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac əliyeva bildirib.
Bələdiyyə sədrlərinin növbəti görüşü barəsində məlumat verən xanım bələdiyyə sədri bildirib ki, görüşdə ərazilərin zibili tullantılarından birgə təmizlənməsi, yüksək bal toplamış tələbələrə maddi və mənəvi dəstəyin göstərilməsi, habelə yeni tədris ili çərcivəsində məktəblərlə birgə layihələrin icrası müzakirə edilib.
Qeyd edək ki, görüşdə M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac əliyeva, Binəqədi rayon Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı, Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev və Xocasən bələdiyyəsinin sədri Anar Abbasov iştirak edib.
Görüşdə geniş fikir mübadiləsi aparılıb, maraqlı layihələr müzakirə edilib.
Belediyye.info