Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar olaraq Binəqədi rayon bələdiyyələri Gədəbəy və şəmkir rayonlarına səfər ediblər. Buy barədə məlumat M.ə.Rəsulzadə bələdiyyəsindən veriblər.
Səfərdə Binəqədi rayon icra Hakimiyyəti başçısının birinci müavini ilqar Süleymanov, M.ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov və Binəqədi qəsəbə Bələdiyyəsinin sədri Aytac əliyeva iştirak ediblər.
Səfər çərçivəsində əvvəlcə Gədəbəy rayonun təşkil etdiyi kənd təsərrüfatı məhsullarının sərgisi ilə, şəmkir rayonunda isə Binəqədi rayonunda fəaliyyət göstərən istehsal müəssisələrinin sərgisi ilə tanışlıq olmuşdur. Daha sonra Binəqədi və Gədəbəy, eləcə də Binəqədi və şəmkir bələdiyyələri arasında qarşılıqlı fəaliyyət proqramına dair niyyət protokolu imzalanıb.
Niyyət protokoluna əsasən tərəflər bir çox sahələr üzrə əməkdaşlıq edəcək, xüsusilə də kənd təsərrüfatı və emal müəssisələri məhsullarının Binəqədi rayonu ərazisində satışı həyata keçiriləcək.
Dostluq münasibətləri çərçivəsində mədəni kütləvi tədbirlərin keçirilməsi də nəzərdə tutulub.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|