Bu barədə məlumatı Binəqədi rayon M.ə.Rəsulzadə bələdiyyəsi yayıb. Keçirilən görüşdə Binəqədi RiH-in Aparatın ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, müdir müavini şəmsi Gülverdiyev, şöbənin baş məsləhətçisi Leyla Kərimova və ictimai-humanitar sektorlarının rəhbərləri iştirak ediblər.
ilk öncə iclası açıq elan edən Aparatın ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov Prezident ilham əliyevin rəhbərliyi ilə ölkədə gedən sosial-iqtisadi inkişafın davam etdiyini bildirib. Natiq həmçinin ictimai-humanitar sektorların fəaliyyətinin genişləndirilməsi məsələsinə də toxunaraq həyata keçirilən layihələr barəsində də məlumat verib. Ümumillikdə, keçirilən görüşdə rayonda son illər ərzində görülən işlər, keçirilən tədbirlər, ictimai-humanitar sektorun fəaliyyət spektrinin genişləndirilməsi, dini radikalizm və ektremizmə qarşı effektiv tədbirlərin həyata keçirilməsi, PR və mətbuatla iş, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlarla işin koordinasiyalı qurulması, gənclərin asudə vaxtlarının səmərəli təşkili, sosial layihələrin həyata keçirilməsi istiqamətində qarşılıqlı fikir mübadiləsi aparılıb. Görüş zamanı sosial şəbəkələrdə işin təkmilləşdirilməsi məsələsi də müzakirə edilib.
Daha sonra ictimai-humanitar sektorların rəhbərlərinin hesabatları dinlənilmiş və tapşırıqlar verilib.
Belediyye.info