"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi bələdiyyələri istehsal sahələri yaradır

--2016-02-12 / 10:15

Binəqədi rayon M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynovun verdiyi məlumata görə, rayonun beş bələdiyyəsinin hər biri istehsal sahəsi yaratmaq niyyətiylə çıxış edib.

Artıq layihələrdə hazırdır. Polietilen paketlərin, birdəfəlik plastik qabların və yuyucu məhsulların istehsalı ilə bağlı ilkin layihələr bələdiyyə iclasında müzakirə edilərək təsdiq edilib.

Yaradılacaq müəssisələr bələdiyyələrin təsis etdikləri MMC-lərin nəzdində  fəaliyyət göstərəcək.

Binəqədi Rayon icta hakimiyyətinin dəstəyi ilə  istehsal sahələrin yaradılmasıyla bağlı müvafiq orqanlarla danışıqlar və sənədləşdrimə işləri başa çatdıqdan sonra tikinti sahələrinin inşasına başlanılacaq.

 

Belediyye.info  

ŞƏRHLƏR