Binəqədi Rayon icra Hakimiyyətinin dəstəyi və rayon ərazisində formalaşn bələdiyyələrin ictimai-humanitar sektorlarının təşkilatçılığı ilə “8 Mart - Beynəlxalq Qadınlar günü” münasibətilə rayonun aprel döyüşlərində şəhid olmuş igidlərinin anaları, aztəminatlı, tənha, eləcə də, təqaüddə olan və rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş xanımlar evlərində ziyarət edilmişdir və bayramları təbrik olunmuşdur.
Bu barədə məlumatı Binəqədi rayon M.ə.Rəsuzladə bələdiyyəsi yayıb.
Məlumatda bildirilir ki, ziyarət tədbirlərində Binəqədi Rayon icra Hakimiyyətinin nümayəndələri, rayon ərazisində yerləşən bələdiyyələrin sədrləri, Binəqədi Rayon icra Hakimiyyətində təcrübədə olan ASAN könüllüləri iştirak etmişdirlər.
Görüşlərdə ziyarət olunan ailələrə Binəqədi Rayon icra Hakimiyyətinin rəhbərliyi adından ən xoş arzular çatdırılmışdır.
Beeldiyye.info