“Sosial yardım” proqramı çərçivəsində Binəqədi rayonunda təmsil olunan beş bələdiyyənin rəhbərliyi və Azərbaycan Uşaq Fondu Binəqədi şöbəsinin rəhbəri ilə M.ə.Rəsulzadə bələdiyyəsində görüş keçirilib. Bu barədə məlumatı M.ə.Rəsulzadə bələdiyyəsi yayıb.
Görüşdə Azərbaycan Uşaq Fondu Binəqədi şöbəsinin rəhbəri Esmiralda Rəhimova əlil, kimsəsiz, internat, valideyn himayəsindən məhrum, xəstə, qaçqın və məcburi köçkün ailələrdən olan uşaqlar barədə ətraflı məlumat verib.
Bələdiyyə sədrləri müzakirələr zamanı bildiriblər ki, hər bələdiyyə bir fiziki qüsurlu şəxsi himayəyə götürməklə ərazidə və ya şəhərdə yerləşən parklarda gəzintisini təmin etmək, şəhər barədə və ictimai obyektlər haqqında məlumat vermək, özünəqulluq, özünü təqdim etmək, telefon ilə danışıq mədəniyyəti, pulun dəyəri barədə məlumat vermək və bunları müəyyən edilmiş proqram çərçivəsində həyata keçirilsin.
Qərara alınıb ki, növbəti həftədən bu proqramın icrası həyata keçirilsin.
Belediyye.info