"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi bələdiyyələri yarmarka inşa edəcək- EKSKLüZiV

--2016-02-03 / 23:27

“Biləcəri bələdiyyəsi kənd təsərrüfatı  yarmarkasının  tikintisinə start verib”- bu fikirləri  Belediyye.infoya açıqlamasında  Binəqədi rayon Biləcəri qəsəbəsinin sədri Hikmət Quliyev bildirib.

Onun sözlərinə görə, 700 kv.metrlik ərazidə inşasına başlanılacaq tikintinin ilkin layihə-smeta sənədləri hazırlanır.

Sədrin sözlərinə  görə,    dövlət başçısının tapşırıqlarına uyğun olaraq Binəqədi rayon icra Hakimiyyətinin təşəbbüsü ilə rayonun beş bələdiyyəsinin hər birində belə yarmarkanın inşasına başlanılacaq.  əsasən əhalinin sıx məskunlaşdığı  ərazilərdə istifadəyə veriləcək yarmarkalarda bələdiyyələrin əməkdaşlıq etdiyi rayonların Gədəbəy , şəmkir və ismayıllı rayonlarından olan kənd təsərrüfatı məhsulların satışı təşkil ediləcəkdir.

Artıq Biləcəri bələdiyyəsinin  daxili imkanları hesabına qəsəbənin X.Məlikaslanov küçəsi döngə 7 ünvanda kənd təsərüfatı yarmarkasının tikintisinin ilkin mərhələsinə start verilib.

Belediyye.info

ŞƏRHLƏR