Binəqədi rayonunda rayon ərazisində fəaliyyət göstərən bələdiyyələrin ictimai-humanitar sektor rəhbərləri ilə “Sosial şəbəkələrdə işin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərlə bağlı” görüş keçirilib.
Görüşdə Binəqədi RiH Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Bələdiyyələrin ictimai-humanitar sektor rəhbərləri və Rayon icra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri və ictimai-siyasi və humanitar məsələlər şöbəsinin digər əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən E.Dadaşov sosial şəbəkələrdə işin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərlə bağlı geniş məlumat verib.
Natiq qeyd edib ki, qloballaşan dünyada mediada təzahür edən yeniliklərdən biri də sosial şəbəkələrdir. Sosial şəbəkələrin informasiya məkanında rolu getdikcə artır. informasiyanın siyasi proseslərə və münasibətlərə, beynəlxalq və ölkədaxili ictimai rəyə təsir imkanları genişdir.
Sonra şöbənin əməkdaşı N.Aslanova facebook səhifələrini idarə edən adminlərə “Sosial şəbəkələr nədir və əhəmiyyəti nədən ibarətdir?”, “Səhifədə aktivlik necə olmalıdır?”, “Səhifənin təhlükəsizlik qaydaları”, “Səhifəni işlətmək qaydaları”, “Səhifənin təhlili necə aparılmalıdır”, “Səhifənin hesabatlığı və operativlik” haqqında geniş məlumat vermişdir.
Görüşün sonunda RiH rəsmisi ictimai-humanitar sektor rəhbərlərinə və ASAN könüllülərinə öz tövsiyələrini verib.
Belediyye.info