28 iyul 2022-ci il tarixində Binəqədi Rayon icra Hakimiyyətinin inzibati binasında Binəqədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələrin Koordinasiya şurasının iclası keçirilmişdir. iclasda Binəqədi Rayon icra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev, Rayon icra Hakimiyyəti başçısı Aparatının ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri iskəndər Cahingir-zadə, rayon ərazisində fəaliyyət göstərən bələdiyyələrin rəhbər şəxsləri, Rayon icra Hakimiyyəti başçısı Aparatının ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbələrinin əməkdaşları iştirak etdilər.
iclasda çıxış edən Binəqədi Rayon icra Hakimiyyəti başçısının müavini, Koordinasiya şurasının sədri Hacıbaba Babayev əhalinin sosial əhəmiyyətli sifarişlərinin, ərazinin sosial-iqtisadi inkişafı və bələdiyyələrin səlahiyyətlərinə aid olan yerli əhəmiyyətli məsələlərin müzakirə olunmasının, problemlərin birgə həlli yollarının müəyən edilib müvafiq tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd etdi.
Daha sonra çıxış edən Rayon icra Hakimiyyəti başçısı Aparatının ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri iskəndər Cahingir-zadə ötən dövr ərzində əldə olunan nailiyyətlər haqqında məlumat verdi.
iclas şura üzvlərinin qarşıda duran vəzifələr və perespektivdə olan məsələlərin açıq müzakirəsi şəklində davam etdi.
Binəqədi bələdiyyələrinin Koordinasiya şurası