"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi Bələdiyyəsi 2016-cı il üçün büdcə layihəsini təsdiq edib

--2015-12-08 / 20:51

Bununla bağlı  Binəqədi bələdiyyəsindən Belediyye.info saytına daxil olan məlumata görə, Azərbaycan Konstitusiyasına, “Büdcə sistemi haqqında” və “Bələdiyyələrin maliyyə əsasları haqqında” Azərbaycan Respublikasının Qanunlarına əsasən hər ilin dekabr ayının 20-dək yerli özünüidarəetmə orqanları növbəti il üçün öz büdcələrini təsdiq etməlidirlər.

Büdcənin mədaxil və məxaric hissəsində 2016-cı il üçün bələdiyyə büdcə layihəsi tərtib olunarkən keçən ilin iqtisadi göstəriciləri və  bələdiyyənin sosial-iqtisadi inkişafına olan təsirlər nəzərə alınaraq təhlil olunmuşdur. Büdcə layihəsi, 2016-ci il üzrə bələdiyyənin iqtisadi proqnoz göstəriciləri və həmçinin gözlənilən iqtisadi meyllər nəzərə alınmaqla hazırlanıb.

Layihədə bələdiyyə büdcəsinin vergi gəlirlərinin mənbələrinin ünvanlığı artırılıb və yerli büdcə münasibətlərinin yeni tənzimləmə mexanizmi yaradılıb. Bu yanaşma öz növbəsində yerli gəlirlərin artırılmasına stimul verməklə yanaşı, nəzarət mexanizmini gücləndirməklə büdcə münasibətlərinin tarazlaşmasında mühüm rol oynayacaq.

Məlumatda daha sonra qeyd edilir ki, 2016-cı il bələdiyyə  büdcəsinin gəlir layihəsi bələdiyyənın real inkişaf səviyyəsni əks etdirir. Belə ki, 2016-cı ilin bələdiyyə büdcəsinin mədaxil hissəsində fiziki şəxslərin torpaq vergisi 54,5 min manat, fiziki şəxslərdən əmlak vergisi 350,0 min manat, bələdiyyə mülkiyyətinin icarəyə verilməsindən (icarə, qaraj, yaşıllaşma) ödəniş 191,4 min manat, sair rüsum və ödənişlər (hotel və mehmanxana fəaliyyətindən) 10,0 min.manat, avtomobil dayanacaqlarına görə rüsum və ödənişlər 5,0 min manat, digər mənbələrdən (stasionar və ya səyyar ticarət) gələn gəlirlər 5,0 min manat, məişət tullantılarının yığılıb daşınmasına görə xidmət haqqı 30,0 min manat, məqsədli büdcə daxilolmalarından (datasiya) 100,0 min manat, bütövlükdə gəlirlərin cəmi 745,9 min manat nəzərdə tutulmuşdur. Bələdiyyə büdcəsinin gəlirləri  2015-ci ilin proqnozu ilə müqayisədə 135,9 min manat və ya 22,3 faiz çoxdur. 2016-cı ilin bələdiyyə gəlirlərinin artması əsasən fiziki şəxslərdən əmlak vergisinin payına düşmüşdür.

2016-cı ilin bələdiyyə büdcə xərclərinin lahiyyəsi isə aşağıdakı kimi proqnozlaşdırılmışdır. Bələdiyyə orqanının saxlanması xərcləri, o cümlədən əmək haqlarının ödənilməsi 196,5 min manat, malların (işlərin və xidmətlərin) satın alınması 41,9 min manat, (o cümlədən idarənin saxlanılmasına 10,7 min manat, nəqliyyat xidmətinin haqqının ödənilməsinə 8,0 min manat, komunal və kommunikasiya xidmətlərinin ödənilməsinə 5,7 min manat, ezamiyyə xərcləri 4,0 min manat, inventar və avadanlığın alınmasına 10,3 min manat, sair xidmət haqlarının ödənilməsinə 3,2 min manat), , təqaüdlər və sosial müavinatlara 7,8 min manat, digər xərclər üzrə 397,7 min manat, (o cümlədən müxtəlif bayram tədbirlərinin keçirilməsinə 7,0 min manat, icarə və muzdlu xidmətlərə görə 140,0 min manat, bələdiyyənin ehtiyat fonduna (fövqaladə hallar) 5,0 min manat, əsaslı xərclərə 235,7,0 min manat, bank xərclərinə 10,0 min manat), sosial mədəni bina və tikililərin təmirinə 102,0 min manat, , qeyri maliyyə aktivlərinin alınmasına 102,0 min manat, (o cümlədən məişət tullantılarının yəğılması, daşınması və zərərsizləşdirilməsi işlərinə 100,0 min manat, maşın və avadanlıqların alınmasına 2,0 min manat, bütövlükdə bu məqsədlər üçün xərclərin cəmi 745,9 min manat nəzərdə tutulmuşdur.

 Büdcə xərcləri 2015-ci ilin proqnozları ilə müqayisədə 135,9 min manat və yaxud 22,3 faiz artıqdır.

2016-cı ildə gəlirlərinin xüsusi çəkisini yüksəltmək, vergi daxilolmalarının yığım əmsalını artırmaq, vergi borclarının ləğv edilməsi və vergidən yayınmaların qarşısının alınması istiqamətində tədbirləri gücləndirmək, 6, 7, 8, 9, 9a mikrarayonlarda və Novxanı, Goradil və Fatmayi bağ massivlərində  yerli gəlir və xərclərin tarazlaşdırılması istiqamətində aparılan işlər qarşıdakı illərdə də prioritet vəzifələrdəndir.

Belediyye.info

ŞƏRHLƏR