"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi bələdiyyəsi bayram sovqatı paylayıb

--2018-06-14 / 12:23

Binəqədi bələdiyyəsi ənənəsinə sadiq qalaraq bu ildə Müqəddəs Ramazan bayramı münasibətilə bələdiyyə ərazisində olan bir qrup seçiciylə görüşüb, onlara bayram sovqatı təqdim edilib.

Görüşdə Müqəddəs Ramazan bayramı münasibətilə bələdiyyə sədri Sitarə Cabbarlı tədbir iştirakçılarını təbrik edib, hər birinə ən səmimi arzu və diləklərimi çatdırıb. Çıxışında sədr bildirib ki, yola saldığımız Ramazan ayı artıq başa çatır:

“Bu əziz bayram günlərində bir daha etdiyiniz dua və niyyətlərin Ulu Tanrı dərgahında qəbul olunmasını arzu edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət diləyir və inanıram ki, növbəti bayramı cənab Prezident, Ali Baş Komandan ilham əliyevin sayəsində erməni işğalı altından azad olunan torpaqlarımızda qeyd edəcəyik.”

Sonda tədbir iştirakçılarına bayram sovqatı paylanılıb.

Belediyye.info

ŞƏRHLƏR