"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi bələdiyyəsi əməkdaşlarına təlim keçib

--2015-10-14 / 16:33

"Azərbaycanda Yerli Demokratiya Həftəsi" çərçivəsində "bəldiyyə-vətəndaş, vətəndaş-bələdiyyə"  münasibətlərinin inkişaf etdirilməsi məqsədilə Binəqədi Bələdiyyəsinin təşkilatçılığı ilə "Bələdiyyə gəlirləri və yerli vergilər" şöbəsinin əməkdaşları üçün "Ünsiyyət qurmaq bacarıqları" mövzusunda təlim keçirib. Təlim müddətində bələdiyyə əməkdaşları ilə effektiv ünsiyyətin qurulması, fəal dinləmə üsulları, çətin mübahisələrin öhdəsindən gəlmə yolları müzakirə olunub.

Təlimin yekununda iştirakçılara sertifikatlar təqdim edilib.

Qurumdan Belediyye.info saytına daxil olan məlumata görə,  bələdiyyə  “Yerli Demokratiya həftəsinə” ciddi şəkildə hazırlaşıb və həftənin sonunadək daha bir sıra layihələrin həyata keçirmək niyyətindədir.

Belediyye.info

ŞƏRHLƏR