"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi bələdiyyəsi Fatmayı kəndində iməcilik etdi, həm də sakinlərə müraciət ünvanladı

--2017-04-08 / 13:31

Binəqədi bələdiyyəsinin əməkdaşları Fatmayi bağlar massivində, Muğan pansionatı ətrafında təmizlik işləri həyata keçirib. Gün ərzində adıçəkilən ərazi maşın və texnikaların köməyi ilə sahbisiz tullantılardan təmizlənib.

Bununla yanaşı Binəqədi bələdiyəsi ərazidə yaşayan sakinlərədə müraciət edib. Müraciətdə deyilir:

“əziz sakinlərimiz!

Gəlin hər birimiz ətraf mühitin təmiiz saxlanılmasına, məişət tullantılarının təyinatıüzrə xüsusi yerlərə atılmasına nəzarət işinə bir töhvəmizi verək. Çünki Gələcək nəsillərin sağlam həyatı ətraf mühitin bugünkitəmizliyindən asılıdır!

Xidmətimizin tək ünvanı isə sizlərsiniz, əziz seçicilərimiz!”

Belediyye.info

ŞƏRHLƏR