"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi bələdiyyəsi hansı tövsiyələri müzakirə edib?

--2017-05-16 / 06:26

Binəqədi rayonu Binəqədi bələdiyyəsində bələdiyyə sədri Sitarə Cabbarlı, sədr müavinləri, komissiya sədrləri və şöbə müdirlərinin iştirakı ilə iclas keçirillib.

Görüşün keçirilməsində əsas məqsəd Binəqədi Rayon icra Hakimiyyəti başçısının birinci müavini ilqar Süleymanovun sədirliyi, başçının müavinləri, şöbə müdirlərinin iştirakı ilə bələdiyyələrlə keçirilən görüşdə Binəqədi rayon bələdiyyələrinin vətəndaşların problemlərinin həllində fəal olması, sakinlərin məmnunluq səviyyəsinin artırılması, onların müraciətlərinə baxılması, qaldırdıqları problemlərin həll edilməsi, yerli vergi və ödənişlərin vaxtında və tam həcmdə yığılmasının təmin edilməsi, bələdiyyə büdcəsinə vergi daxilolmaları, bələdiyyə büdcəsinin təyinatı üzrə səmərəli istifadəsi və digər məsələlər barədə verilən tövsiyyələr ətrafında fikir mübadiləsinin aparılması olub.

Keçirilən iclasda vətəndaş müraciətlərinə baxılmasının mövzular və növlər üzrə təhlili və vətəndaşların qəbul məsələsi, vergilərə dair məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini genişləndirmək məqsədi ilə ictimai-humanitar sektorun iştirakı ilə geniş miqyaslı tədbirlərin təşkil edilməsi, sosial şəbəkələrdə aktivliyin artırılması, məhəllədaxili küçələrin təmizliynə nəzarətin gücləndirilməsi, vergi inzibatçılığının artırılması, yaranmış vergi borclarının tam məbləğdə məcburi qaydada tutulması məqsədi ilə Rayon icra şöbəsinə inzibati aktların göndərilməsi, müxtəlif tədiyyə növlərindən, daxilolmaların ötən dövrə nisbətdə müqayisəli təhlilinin aparılması üçün müvafiq tapşırıqların verilməsi müzakirə edildi.

Müzakirələrdə qeyd edilib ki, bu istiqamətlərdə Binəqədi rayonu Binəqədi bələdiyyəsində xeyli işlər görülmüş, bələdiyyələrə keçirilən sonuncu seçkilərdən sonra xeyli dərəcədə keyfiyyət dəyişikliyi baş versədə, bununla belə bələdiyyədə işin keyfiyyətinin yaxşılaşdırılması, bələdiyyələrin nüfuzunun artırılması, maliyyə vəziyyətinin yaxşılaşdırılması, bələdiyyənin mövcud potensialından daha səmərəli istifadə etmək üçün hələ çox işlər görülməlidir.

Belediyye.info

ŞƏRHLƏR