Hesabat dövrünün əvvəlində bələdiyyə iş planı təsdiq etmişdir, hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Müzakirə edilmiş məsələlər sırasında sosial, maliyyə məsələlər, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətləri və s. olmuşdur.
Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirilib. Real qəlir mənbələri müəyyənləşib, onlara uyğun xərclər nəzərdə tutulmuşdur.
Bələdiyyənin büdcəsinə daxilolmalar AR Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.
əhalidən rüsümların və vergilərin yığılması zamanı vergi ödəyiciləri arasında mövcüd qanunlar barədə məlumatlar verilir. Yığılan rüsümlar və vergilər haqqında məlumat hər gün təhlil edilir.
Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq etməklə tədbirlər görülmüşdür. Nəticədə Bələdiyyə büdcəsinə vergilərin ödənilməsi təmin edilmişdir.
Ödənilmiş vergilər və rüsumlar bələdiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.
Bələdiyyənin vergi bazası genişdir. Hazırda inzibati ərazisində 403 binada 33200 ev təsərrüfatı və 1555 təsərrüfat subyektləri mövcuddur (cəmi 37616 təsərrüfat vardır).
Göstərilən 37616 vergi ödəyiciləridən hesabat dövründə 14147 ödəyici vergiyə cəlb olunmuşdur, (bunlardan 6276 nəfər vergi qanunverciliyində nəzərdə tutulmuş əsaslarla əmlak vergisindən azad edilmiş təqaüdçülərdir. 915 ədəd əmlak vergisi hesablanmayan, mənzilin ümumi sahəsi 30 m2–dən aşağı olan birotaqlı mənzillərdir.
il ərzində bələdiyyə büdcəsinə 797061,00 manat gəlir daxil olmuş, 809276,00 xərclər təşkil etmişdir.
Büdcə gəlirlərinin əsas mənbəyi olan- torpaq vergisindən-252309,95 manat, əmlak vergisi- 473323,42 manat, digər gəlirlərdən- 32 manat,
avtodayanacaqlardan rüsum 9392,51 manat və məişət tullantılarından 9909,6 manat, dotasiyadan 52000,00 manat daxil olmuşdur.
Bələdiyyənin büdcəsinə daxil olmalar AR Nazirlər Kabinentinin. Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.
Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir. Daimi əsaslarla bələdiyyədə calışan bələdiyyə üzvlərinin və qulluqcularının əmək haqqına- 292848,00 manat, ştatdankənar işçilərin əmək haqqına –3600,00 manat, DSMF- 85840,00 manat, bələdiyyənin saxlanmasına- 35912,00 manat, abadlıq, quruculuq təmir işləri və təmizlik aksiyalarına- 366777,00 manat, sosial yardımlar üzrə ödənişlər- 24299,00 manat edilmişdir.
Ümumiyyətlə ərazidə abadlıq, quruculuq işlərinin aparılması bələdiyyə üçün əsas istiqamət kimi qarşıda qoyulmuşdur. Hesabat dövründə aşağıda sadalanan ünvanlarda:
Göradil bağ massivi 633 saylı bağda, Novxanı bağ massivi Zeynəb küçəsi , Z.Bünyadov 11 A ünvanın məhəllə yollarında, Göradil bağ massivi 355 saylı bağda olan yolda, 9 mkr A.Məmmədov küçəsində, 7 mkr A.Kunanbayev küçəsi 229/239 ünvanda, 7 mkr A.Kunanbayev küçəsi 11 B ünvanında, Z.Bünyadov 9 A, Naxçıvani 24, Z.Bünyadov prospektində, 9 mkr Seyidzadə küçəsi 34, Z.Bünyadov prospekti piyada keçid yanında , Z.Bünyadov 7 A, Azadlıq prospekti boyunca yerləşən binada, S.S.Axundov 2 ünvanında, Naxçıvani 8 , 8 mkr i.Dadaşov 91 ünvanında, S.Bəhlulzadə 1, Azadlıq pr, 32 ünvanında, Z.Bünyadov 7, C.Xəndan 11, Fatmai bağ massivi 1076 saylı bağda, 8 mkr i.Dadaşov 71 A ş.Rəhimov 58 ünvanında, C.Xəndan 11, Novxanı bağ massivində 1004 C saylı bağda, 9 mkr A.Məmmədov 67, Novxanı bağ massivi 468, 8 mkr i.Dadaşov 74, Göradil bağ massivi 361 q saylı bağda, Novxanı bağ massivi 631 saylı bağda, Göradil bağ massivi 342 saylı bağda, Novxanı bağ massivi 471 saylı bağda, 8 mkr i.Dadaşov 71 C, Novxanı bağ massivi 736 saylı bağda, Novxanı bağ massivi Bakı küçə bağda, 8 mkr i.Dadaşov 71 C, Novxanı bağ massivi 660 saylı bağda, 7 mkr S.S.Axundov 13/37 ünvanda, Novxanı Göradil bağ massivi Abşeron su kanalı boyu, 9 mkr M.Cəlal 1 ünvanında meydan asfaltlanması, ş.Rəhimov 62, Fatmai bağ massivi 1561 saylı bağda, 7 mkr A.Kunanbayev 18, Fatmai bağ massivi 1172 saylı bağda, Göradil bağ massivi 140 bağda, 9 mkr Cavadxan ünvanında, Göradil bağ massivi 119 saylı bağ evində, 8 mkr S.S.Axundov 4 ünvanında təmir-tikinti işləri görülmüşdür.
Bələdiyyə Binəqədi Rayon icra Hakimiyyəti tövsiyələrinə uyğun olaraq Novxanı, Göradil, Fatmai bağlar massivində, yolların vəziyyətini və çimərliklərin təmizliyini diqqət mərkəzində saxlayır.
Bu zonada aktiv və çoxlu sayda tikinti işləri aparılır, ilin fəsilindən asılı olmayaraq sayca insanların burada yaşaması və gediş-gəlişi çoxalıb. Təbii olaraq bu ərazidə təmizliyin qorunmasına nəzarətin gücləndirilməsi tələb olunur. Odur ki, bələdiyyə tərəfindən bu ərazidə təmizlik işlərinin görülməsi, məişət tullantılarının yığılıb daşınması məqsədi ilə “Qərb Təmizlik”MMC bizim tövsiyyəmizlə ərazidə təmizliyin saxlanılması üçün daim işlər aparır.
Qeyd olunmalıdır ki, ötən illərdən fərqli olaraq Bələdiyyə Göradil çimərliyində bura istirahətə gələn əhali üçün daha yaxşı şəraitin yaradılmasında lazımi abadlıq, təmizlik, təşkilatı işlər görmüşdür. Çimərliyin ərazisində inventarlar yerləşdirilmiş, sanitar qovşağları, kölgəliklər, paltar dəyişmə və yuyunma yerləri quraşdırılmışdır.
Hər gün çimərliyin ərazisi nəzarətdə saxlanılır və yoxlama nəticəsində çimərlikdə yaradılmış şərait müvafiq orqanlar tərəfindən müsbət qiymətləndirilmişdir.
Ümumiyyətlə bağlar ərazisində Bələdiyyə yaz-yay mövsümündə təmizlik işlərin görülməsi ilə yanaşı yanğınların qarşısının alınmasına dair işləri təşkil etmişdir. Baxmayaraq ki, bağlar massivində keçən dəmir yoluna bitişik ərazilərdə aidiyyatı təşkilat tərəfindən bu işlər görülməlidir. Bu barədə müvafiq müraciət edilmişdir.
Bələdiyyənin inzibati ərazisində ekoloji durumu, o cümlədən yaşıllıqlarının vəziyyəti daimi diqqət mərkəzindədir.
Məlum olduğu kimi –yaşıllıqlar vaxt keçdiqcə quruyur, bəziləri qəzalı vəziyyətə düşür və sakinlərin yaşadıqları yerlərdə təhlükə mənbəyi yaradır. Bunların qarşısının alınması istiqamətində Nazirlər Kabinetinin 30.08.2016-cı il 321 â„– -li Qərarına əsasən tədbirlər görülür.
Hesabat dövründə sözügedən problemlərlə bağlı vətəndaşlardan daxil olmuş müraciətlərə əsasən müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası, Ekologiya və Təbii sərvətlər Nazirliyinin Dövlət Ekspertiza idarəsinə müraciətlər edilmiş, alınmış rəylərə əsasən Bələdiyyə iclaslarında qərarlar qəbul edilmiş və Bakı şəhəri icra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə tədbir görmək üçün göndərilmişdir.
Binəqədi rayon Binəqədi bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu da daim diqqət mərkəzində saxlanılır.
Təhlil göstərir ki, il ərzində vətəndaşlardan daxil olmuş 368 müraciət qeyd edilən məsələlərə aid olub:
Arayışların verilməsi (vergi borcların olub-olmamas- 170
torpaq sahələrinin ayrılıb-ayrılmaması və s.)
Maddi yardım- 31
Dəfnlə bağlı Dövlət Sosial Müdafiə Fonduna arayışlar - 123
Digər məsələlər üzrə yəni abadlıq, yaşıllıq, sənədlərin- 38
bərpası, vergilər ilə suallar, torpaq sahələrinin
dəqiqləşdirilməsi və s.
Hesabat dövründə ayrı-ayrı təşkilatlarından daxil olmuş 526 məktub, müraciət, sərəncam və digər sənədlər əksər hallarda qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır.
Bələdiyyə vətəndaşların və öz hüquqi maraqların müdafiəsi istiqamətində bir sıra işlər görmüş. Beləki, hüquqi həllini tələb edən məsələlərlə bağlı keçirilmiş 80-məhkəmə prosseslərində Bələdiyyənin xeyrinə qərarlar qəbul edilmişdir.
Vətəndaşların müraciətləri ilə bağlı Bələdiyyədə onlara hüquqi yardım göstərilməsi həyata keçirilir.
Bələdiyyədə “qaynar xətt” də (telefon 562-85-16) fəaliyyət göstərir. Gün ərzində telefon vasitəsilə daxil olan şikayət və müraciətlər qeydə alınır, rəhbərliyə çatdırılır və tədbirlər görülür. Bayram və qeyri-iş günləri “Qaynar-xətt”də növbətçilik qrafiki üzrə məsul işçilər müraciətləri qəbul edir.
Bələdiyyədə hesabat dövründə 364 nəfər vətəndaş qəbul edilmiş, o cümlədən şəxsən sədr tərəfindən 214 nəfər.
Bələdiyyə seçkili orqan olaraq çalışır ki, seçicilərlə ünsiyyəti daha da genişləndirsin. Bələdiyyəmiz tərəfindən bayramlarda ehtiyacı olan ailələrə (şəhid ailələrinə, yaşlılara və məcburi köçkünlərə, əlillərə) yardım edilir. Xocalı faciəsinin 30-cu il dönümünə həsr edilmiş, 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibəti ilə rayon ərazisində yaşayan şəhid anaları, milli qəhrəmanların xanımları, təqaüddə olan xanımlar ziyarət olunaraq sovqatlar verilmişdir.
“Novruz bayramı” münasibəti ilə, yardıma ehtiyacı olan ailələrə, eyni zamanda şəhid ailələrinə bayram sovqatı paylanılmışdır.
Binəqədi rayon Bələdiyyəsinin təşkilatçılığı ilə “Ramazan bayramı”, “Müqəddəs Qurban Bayramı” münasibəti ilə inzibati ərazidə yaşayan aztəminatlı, tənha qocalar və şəhid ailələrinə bayram sovqatı verilmişdir.
15 sentyabr Yeni dərs ilinin başlaması münasibəti ilə ərazidə yaşayan aztəminatlı ailələrin övladlarına yardım aksiyası keçirilmişdir. şəhidlərin övladlarına məktəbli formaları və mətəb ləvazimatları təqdim olunub.
Bələdiyyənin təşkilatçılığı ilə 27 Sentyabr 2-ci Qarabağ müharibəsi şəhidlərimizin anım günü ilə əlaqədar olaraq tədbir keçirilmiş və şəhid ailələrinə yardım verilmişdir.
Dünyada olduğu kimi, ölkəmizdə də hər il oktyabr ayının 1-i “Beynəlxalq Ahıllar Günü” kimi qeyd olunur. Bunu nəzərə alaraq, Binəqədi rayon ərazisində yaşayan tənha, yaşlı və aztəminatlı ahıllara, Binəqədi rayon əlillər Cəmiyyətinin üzvlüyündə olan ahıl əlillərə sovqat verilmişdir.
Hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni il bayramını xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, böyük həvəs və coşqu ilə qeyd edir. Hər il olduğu kimi bu ildə Binəqədi rayonu Binəqədi bələdiyyəsində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar olaraq Binəqədi rayonu Binəqədi bələdiyyəsinin inzibati ərazisində yaşayan 40 aztəminatlı ailələrə bayram sovqatı verilmişdir.
Binəqədi rayon Binəqədi Bələdiyyəsində görülən işlər ilə əlaqədar olaraq, “Facebook” sosial şəbəkəsində bələdiyyənin çoxşaxəli fəaliyyəti barədə mütəmadi olaraq məlumatlar yerləşdirilir.
Binəqədi rayon Binəqədi bələdiyyəsi