Binəqədi bələdiyyəsi Mədəniyyət nazirliyinə müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, 2015-ci ildən Binəqədi bələdiyyəsi Ankara şəhərinin Keçiörən bələdiyyəsiylə qardaşlaşıb. Bu müddət ərzində Keçiörən bələdiyyəsi ilə qarşılıqlı əməkdaşlıq münasibətləri həyata keçirilmiş və carı ilin 6-11 iyun tarixlərində Keçiörən bələdiyəsinin dəvətiylə bələdiyyənin nümayəndə heyəti Ankara şəhərində səfərdə olmuşdur. Səfər çərçivəsində Keçiörən bələdiyyəsinin yaratdığı Milli müzeyə də baxış keçirilmişdir Həmin muzeydə Keçiörən bələdiyəsinin digər qardaşlamış şəhərlərin mənsub olduğu ölkələrin - Qazaxıstan, Özbəkstan və Qırğızıstanın sərgi-guşələri təşkil edildiyi bildirilmişdir. Keçiörən bələdiyyəsindən qardaş Azərbaycana aid edilən belə bir güşənin həsr edilməsinin vacibliyi vurğulanmışdır.
Binəqədi bələdiyyəsi bununla bağlı Mədəniyyət nazirliyinə müraciət edərək guşənin yaradılmasıyla bağlı maliyyənin ayrılmasına hazır olduğunu bildirərək belə bir güşənin konsepsiyasının və layihəsinin hazırlanmasını təklif edib.
Bələdiyyədən bildirilib ki, Mədəniyyət nazirliyi bələdiyyənin təklifinə müsbət yanaşaraq layihənin hazırlanmasına start verildiyi bildirilmişdir.
Belediyye.info