sorğu
Binəqədi bələdiyyəsi “Bilik günü”ylə bağlı Binəqədi məktəblilərinə müraciət ünvanlayıb. Müraciətdə deyilir:
“Bilik həyatda faydalı olmaq naminə qazanılmalıdır deyirlər. Biz də Binəqədi Bələdiyyəsi olaraq gözəl balalarımızın cəmiyyətimizə faydalı vətəndaş olmaqları istiqamətində atdıqları ilk addımlarında yanlarında olmağa qərar verdik və bir neçə şagirdə məktəbli formaları hədiyyə etdik!
Qoy bu yeni tədris ili hər birinizə çoxsaylı uğurlar qazandırsın, elm dəryasında gəminiz daim geniş üfiqlərə yelkən açsın və sıralarınızdan Bələdiyyə qulluqçuları olacaq savadlı kadrlar yetişdirsin!
Bilik gününüz mübarək!”
Belediyye.info