"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi bələdiyyəsi monitorinqləri davam etdirir

--2016-07-01 / 20:20

“Binəqədi bələdiyyəsi  yerli vergilərin ödənişiylə bağlı  inzibati  ərazi daxilində monitorinqləri davam etdirir”- bu fikirləri Belediyye.infoya bələdiyyənin sədr müavini Rasim Gözəlov bildirib.

Sədr müavininin sözlərinə görə, əsas məqsəd fiziki şəxslər  tərəfindən ödənilməli olan vergilərin ödəniş səviyyəsini artırmaq, mövcud problemləri apadan qaldırmaqdır:

“Bələdiyyənin vergi müfəttişləri mütəmadi olaraq monitorinqlər keçirərək sahibkarlıq fəaliyyətiylə məşğul olan fiziki şəxsləri siyahılaşdırır və bu sahədə  dəqiqləşdirmələr aparır.

Bununla yanaşı aparılan araşdırmalar göstərir ki, fiziki şəxslər bir çox hallarda  yerli  vergiləri ödəməkdə,   o cümlədən əmlaklarını qeydiyyata saldırmağa maraqlı gösrənmirlər.

Bu gün  inzibati ərazimiz olan 7-ci mikrorayon ərazisində yerləşən, fəaliyyət göstərən və bələdiyyə vergilərinin ödənilməsindən yayınan ona yaxın fiziki şəxsə məxsus  obyekt sahibləri ilə görüş keçirib.

Bu fiziki şəxslərin üst-üstə  10 min manata yaxın borcu var. Maraqlı görünən odur ki, bu ügn  4500 manat borcu olan  "şadlıq evi"nin sahibi min bir bəhanə gətirərərk vergidən yayınır.”

Belediyye.info

 

 

 

 

 

ŞƏRHLƏR