"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi bələdiyyəsi müsabiqəyə yekun vurub

--2017-06-16 / 14:45

Binəqədi rayonu üzrə ”Vergi” olimpiadası layihəsi çərçivəsində Binəqədi rayonu Binəqədi bələdiyyəsinin ictimai və humanitar sektorunun təşkilatçılığı ilə inzibati ərazidə fəaliyyət göstərən 13 tam orta məktəbin şagirdlərinin iştirakı ilə müsabiqə keçirilib. Bu barədə məlumatı Binəqədi bələdiyyəsi yayıb.

Binəqədi rayon Gənclər evində keçirilən müsabiqədə 3 qrup (III-V, VI-VIII, IX-XI siniflər) üzrə təhsil alan şagirdlər vergi sahəsində öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

Müsabiqə xüsusi metodiki vəsait əsasında hazırlanmış testlərdəki sualların cavablandırılması vasitəsilə həyata keçirilib. Müsabiqədə I yerləri -3 saylı orta məktəbin şagirdi Məmmədov əli, 126 saylı məktəbin şagirdi Süleymanov Vahid, 83 saylı məktəbin şagirdi əliyev Kənan, II yerləri- 144 saylı məktəbin şagirdləri Bayramov Mirələm, Sultanov Nicat, 276 saylı məkətbin şagirdi Məmmədli Dəniz, III yerləri isə 3 saylı məkətbin şagirdi Vəliyev Mustafa, 244 saylı məktəbin şagirdləri Məmmədli Səma və Ağaməmmədova Aysu qalib oldular. Qaliblərə diplom, həvəsləndirici sertifikat və hədiyyə kuponlarını Binəqədi rayon icra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları Seymur Hacıyev, Asəf Vəliyev və Binəqədi rayon Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı təqdim ediblər.

Belediyye.info

ŞƏRHLƏR