"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi bələdiyyəsi növbəti layihəyə yekun vurur

--2021-07-12 / 10:47

Binəqədi bələdiyyəsinin təşəbbüsü və təşkilatçılığı, habelə rayon sahibkarlarının dəstəyi ilə rayon ərazisində olan metronun “Azadlıq” stansiyasının üstündəki ərazi, Azadlıq prospekti ilə S.S.Axundov küçələrinin kəsiməsində ciddi abadlıq-quruculuq işləri davam etdirilir.

Sakinləri gediş-gəliş yerlərinə layihəyə uyğun olaraq tamet düzülür, bordürlər yeniləri ilə əvəzlənir, habelə yaşıllıq zolaqları təmizlənərək istifadəyə yararlı vəziyyətə gətirilir. Bu rayon ərazisində Binəqədi bələdiyyəsinin iclasın qərarıyla həyata keçirdiyi növbəti layihədir.

Bələdiyyədən daxil olan məlumata görə, yaxın günlərdə layihənin başa çatdırlması nəzərdə tutulur.

Belediyye.info

ŞƏRHLƏR