sorğu
Binəqədi rayon Bələdiyyəsi növbəti layihəsini həyata keçirdi. Bələdiyyə sədri Sitarə Cabbarlının verdiyi məlumata görə, bələdiyyənin inzibati binasında bələdiyyə qulluqçuları və eləcə də “Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsi”-nin əməkdaşları üçün “Bələdiyyələrdə yerli vergi və ödənişlərin yığılması üzrə kadr potensialının artırılması” mövzusunda təlim keçirilib.
Həyata keçirilən belə təlimlər bələdiyyə-vətəndaş münasibətlərinin yaxşılaşdırılmasına xidmət etməklə yanaşı, bələdiyyə əməkdaşlarının da hüquqi biliklərinin artırılmasına xidmət edir.
Bildirilir ki, bələdiyyə belə layihələri davamlı olaraq həyata keçirəcəkdir.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|