Binəqədi bələdiyyəsi Binəqədi RiH-in təşəbbüsü ilə Qurban bayramı münasibətilə şəhid ailələri ziyarət edilib. Bu barədə məlumatı Binəqədi bələdiyyəsi yayıb.
Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlı, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Binəqədi Rayon sektorunun müdiri Abış Məmmədov və Binəqədi Rayon icra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsinin nümayəndəsi Ləman əliyeva Müqəddəs Qurban bayramı münasibətilə 9-cu mikrorayon, Təcili tibbi yardım stansiyasının yarımçıq qalmış binasında məskunlaşan şəhid ailələrinin evində olmuşlar.
şəhid ailələri ilə görüş zamanı ziyarət edənlər ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən igidlərlə fəxr etdiklərini bildirmiş, onların adının hər zaman xatırlandığını və uca tutulduğunu vurğulamışlar.
Sonra islam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı münasibətilə onları təbrik edərək, can sağlığı, firavan həyat, bol ruzi arzulamışlar.
Belediyye.info