"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi bələdiyyəsi sakinlərə niyə müraciət etdi?

--2017-09-21 / 10:47

Binəqədi bələdiyyəsi sakinlərə niyə müraciət etdi?

Binəqədi bələdiyyəsi sakinlərə müraciət edib. Nüarciətdə deyilir:

"əziz sakinlər! 

Bir neçə gün öncə Sizlərə iri qabaritli tullantıları aidiyyatı olmayan yerlərə atılmasına qarşı monitorinq keçirəcəyimiz haqqında məlumat vermişdik.
Bu gün , Novxanı bağlar massivində sözügedən prosesə start verdik!
ilk olaraq maarifləndirici xarakter daşıyacaq monitorinq sonrakı mərhələlərdə cərimələrin tətbiq edilməsi ilə davam etdiriləcəkdir.
Siz də bu prosesdə bizimlə olun! 
Gördüyünüz mənfi hallar barədə bizə məlumat verin!"

Bələdiyyənin yaydığı digər məlumatda deyilir:

"ərazimizdə monitorinq keçirilən zaman bağlar massivi daxili yolda qalaqlanmış qurumuş ağac budaqları diqqətimizi çəkdi. 
Neqativ halı araşdıran zaman yaxınlıqdakı bağ sahəsində ağacların yeni budandığı müəyyən olundu. 
Məsələ ilə bağlı bağ evinə müraciət edilsə də sorğumuzun cavabsız qalmağı ilə yanaşı heç qapını açan da olmadı.
ilkin olaraq vətəndaşın qapısına "yaddaş vərəqəsi" qoyuldu, növbəti reydlər zamanı isə xüsusi tədbirin həyata keçiriləcəyi bildirildi.
Dəyərli səhifə izləyiciləri!
Belə neqativ hallar onu göstərir ki, hələ də bu sahədə ictimai qınağı formalaşdıra bilməmişik. Bu sahədə isə təmizliyi həyata keçirən və ya digər qurumların işi yetərsiz qalır, sizlərin, fərd olaraq hər birimizin üzərinə böyük məsuliyyət düşür!
Gəlin belə hallara qarşı təkcə cərimə tətbiq etməklə yox, könüllü şəkildə mübarizə aparaq və təmizliyi könüllü şəkildə qorunmasına nail olaq!"

Belediyye.info

ŞƏRHLƏR