sorğu
Binəqədi bələdiyyəsi sakinlərə müraciət edib. Müraciətdə qeyd edilir:
"əziz seçicilər!
Dəyərli səhifə izləyiciləri!
Azərbaycanda Yerli Demokratiya Həftəsinin 10 illiyi qeyd edilir. Bu il Həftə “Yerli demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri” şüarı ilə keçirilir və Bələdiyyəmiz də bu Həftədə aktiv iştirak edəcəkdir!
Artıq Bələdiyyəmizin girişində "Poçt qutusu" yerləşdirilib, təklif və iradlarınızı anonim də bizə ünvanlaya bilərsiniz.
Və beş gün müddətində Bələdiyyəmizdə Açıq qapı elan olunur, vətəndaşlar qəbul qrafikindən asılı olmayaraq qəbul ediləcəkdir!
Siz də Həftə müddətində aktiv olun, bələdiyyəmizə gəlin, yerli məsələləri birlikdə müzakirə edək!"
Belediyye.info