"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi bələdiyyəsi sakinlərin iştirakıyla iclas keçirib

--2016-11-04 / 20:55

“Binəqədi bələdiyyəsi olaraq hər zaman seçicilərimizin yanında olmağa, onlarla görüşlərimizi mütəmadi olaraq keçirməyə çalışırıq”- bu fikirləri Belediyye.infoya Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı bildirib. Onun sözlərinə görə, belə görüşlərimizdən biri də bu gün Binəqədi Bələdiyyəsinin ümumi iclasında baş tutdu. "Azərbaycanda Yerli Demokratiya Həftəsi" çərçivəsində növbəti Bələdiyyə iclasında vətəndaşların da iştirakını təmin etdik.

Sədrin fikrincə, sakinlərin rifahı naminə qəbul ediləcək qərarlarda və müzakirələrdə seçicilərin də iştirakı yerli özünüidarəetmədə sakinlərin iştirakını səciyyələndirir

Belediyye.info

ŞƏRHLƏR