"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi bələdiyyəsi sakinlərin təkliflərini nəzərə alaraq fəaliyyət göstərir SəDRiN HESABATI

--2017-07-18 / 16:11

Binəqədi rayonu Binəqədi bələdiyyəsi “Bələdiyyələrin statusu haqqında” Qanunun 15 maddənin 4 bəndinin tələblərinə əsasən seçicilərin qarşısında öz fəaliyyəti barədə hesabat verir.

2017-ci ilin I yarısında fəaliyyəti barədə məlumat verərkən qeyd olunmalıdır ki, bələdiyyə öz isinin təstiq edilmiş plana əsasən həyata keçirir.

Hesabat dövründə bələdiyyədə hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Baxılmış məsələlər sırasında sosial, maliyyə məsələlər, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətlərin həlli və s.olmuşdur.

Ümumi iclaslarda qəbul edilmiş qərarlar bir qayda olaraq, əvvəlcədən bələdiyyənin daimi komissiyaların iclaslarında müzakirə edilmişdir. 6 ay ərzində ümumi iclaslarda baxılmış məsələlərə aid 28 qərar qəbul edilmişdir.

Ümumi iclasların protokolları mütəmadi olaraq “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir.

Hesabat dövründə bələdiyyə nəzərdə tutulan tədbirləri həyata keçirərkən qəbul edilmiş büdcənin icrasına ciddi diqqət yetirirdi.

Ümumiyyətlə hesabat dövründə bələdiyyə büdcəsinə 328.100 manat gəlir daxil olmuş, xərclər 316.800 manat təşkil etmişdir.

Büdcə gəlirlərinin əsas mənbəyi olan - torpaq vergisindən–32.600 manat, bələdiyyə əmlak vergisindən- 145.300manat, icarə vergisindən 47.100 manat, reklamların yayımından– 150 manat, mehmanxanalardan – 850 manat, bələdiyyənin göstərdiyi fəaliyyətdən- 5.200 manat, avtodayanacaqlardan rüsum– 1.900 manat, dotasiyadan– 95.000 manat daxil olmuşdur.

Bələdiyyənin büdcəsinə daxil olmalar AR Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.

əhalidən rüsümların və vergilərin yığılması zamanı vergi ödəyiciləri arasında mövcüd qanunlar barədə məlumatlar verilir. Yığılan rüsümlar və vergilər haqqında məlumat hər gün təhlil edilir.

Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq etməklə tədbirlər görülürdü. Tədbir görmək üçün Binəqədi rayon icra şöbəsinə 11 şəxs barədə müraciət olmuşdur.

Yığılan rüsumlar bələdiyyə büdcəsinə mədaxil olaraq, maliyyə hesabatlarında öz əksini tapmış və bu barədə aidiyyatı təşkilatlara verilən məlumatlarda qeyd edilmişdir.

Hazırda bələdiyyənin inzibati ərazisində 401 binada 35200 ev təsərrüfatı və 1850 təsərrüfat subyektləri mövcudddur. (cəmi 37050 təsərrüfat vardır)

Vergi qanunvericiliyində nəzərdə tutulan formaya əsasən ərazidə yerləşən 344 binada 29393 ev təsərrüfatında və 1550 təsərüffat subyektində pasportlaşma aparılmışdır.

57 binada  5807 mənzil olmaqla və 300 təsərrüfat subyektində  pasportlaşma işi davam edir.

 8801 ədəd pasport, yəni mənzilin mülkiyyətçisi vergi ödəyicisi kimi Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminə adlarına hesab açılaraq uçota alınmışdır. Qalan mənzillərin BAMS  proqramına işlənməsi davam etdirilir.

Göstərilən 37.050 vergi ödəyiciləridən 2015-2016 illər və 2017-ci ilin 6 ayı ərzində  33595 ödəyici vergiyə cəlb olunmuşdur,(bunlardan 2412 nəfər vergi qanunverciliyində nəzərdə tutulmuş əsaslarla əmlak vergisindən azad edilmiş təqaüdçülər,1020ədəd əmlak vergisi hesablanmayan, mənzilin ümumi sahəsi 30 m2–dən aşağı olan birotaqlı mənzillər və 83 ədəd obyekt kimi)

“Bələlədiyyə gəlirləri və yerli vergilər şöbəsi” 2017-ci il üçün illik proqnoz 645900 manat miqdarında (hər ay üçün 53825) müəyyən edilmiş, cari dövr ərzində (yanvar-iyun ayında) proqnoz 328.699 manat icra isə 328086 manat olmuş, (99,81%) vergi və rüsum toplanmışdır. O cümlədən əmlak vergisi 145.311manat, torpaq vergisi 32.654,36 manat,icarədə olan torpaqlara görə 47.063,17manat təşkil etmişdir.

2015-ci ildə hesalanmış vergilər 510000 manat,yıgım 357018 manat olmuş (70%),debitor borc 01.01.2016-cı ildə 152982 manat təşkil etmişdir.  2016-cı ildə hesalanmış vergilər  645900 manat, yıgım 417055 manat(64,56%) və debitor borc 01.01.2017-cı il tarixə 381900 olmuşdur. Cari dövr üçün, yəni 6  aylıq proqnoz 328699 manat təşkil etmiş, yerinə yetirilmə 328086 manat (99,81%) olmuş hazırda bu dövr üçün 382513manat yığılmamış borc qalmaqdadır.

Bələdiyyənin büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir: daimi əsaslarla bələdiyyədə çalışan bələdiyyə üzvlərinin və qulluqçularının əmək haqqına- 58816 manat, xidməti müqavilə əsasında çalışan müfəttişlərin əmək haqqına– 43265 manat,ştatdankənar işçilərin əmək haqqına- 1960 manat, DSMF- 13242 manat, bələdiyyənin saxlanmasına– 20132manat, Novxanı, Fatmai, Goradil bağ massivlərində il ərzində məişət tullantılarının yığılması və daşınması üçün və bu işlərin icrası ilə xidmət haqqı– 31000 manat, abadlıq, quruculuq və təmir işləri üçün 123800 manat, sosial yardımlar üzrə ödənişlər- 8640 manat, tədbir və layihələrin keçirilməsi -12000 mant, bank xidmətiləri üçün- 3894 manat, səhv daxil olmuş vəsaitlərin köçürülməsi üçün- 100 manat təşkil etmişdir.

Bələdiyyəmiz cari ildə görəcək işlərini planlaşdırarkən əsas diqqət RiH-in rəhbərliyinin tövsiyyələrinə uyğun Novxanı, Goradil, Fatmai bağlar yaşayış sahələrində, çimərliklərin və yolların təmizliyinə və təmirinə yönəldilmişdir.

Faktdır ki, son illər əhali tərəfindən bu zonada aktiv və çoxlu sayda tikinti işləri aparılır, ilin fəsilindən asılı olmayaraq sayca insanların burada yaşaması və gediş-gəlişi çoxalıb. Təbii olaraq bu ərazidə təmizliyin qorunmasına nəzarətin gücləndirilməsi tələb olunur. Odur ki, bələdiyyə tərəfindən ərazi zonalara bölünmüş, məsul işçilər, texnika təhkim olunmuş və ərazidə təmizliyin vəziyyəti daim nəzarətdə saxlanılır. ərazidən keçən su kanalının ətrafında yığılan məişət tullantılarından təmizləmə işləri mütəmadi aparılır.

ərazidə abadlıq, quruculuq işlərinin aparılması bələdiyyə üçün əsas istiqamət kimi qarşıda qoyulmuşdur.

-Azadlıq prospekti boyunca işlərə                                           - 719 manat

- Novxanı bağlar massivində abadlıq işlərinə                                    - 4190 manat

- Novxanı bağ massivində təmizlik aksioyasına                      - 175 manat

- Novxanı bağlar massivində məişət tullantıları üçün

meydançanın tikilməsi, Fatmai və Goradil bağ

massivlərində bərk tullantıların yığışdırılması üçün                          - 2330 manat

-Novxanı bağ massivində təmizlik aksiyası üçün                    - 1010 manat

-Yaşıllıqların suvarılması üçün sayğac alınması üçün             - 249 manat

- Fatmai bağ massivində yerləşən “Muğan” pansionatının

yanı, Fatmai, Goradil yolu ilə Abşeron su

kanalının kəsişdiyi yerdə məişət konteynerlərinin

yerinin dəyişdirilməsi və abadlıq işlərinin aparılıması             - 340 manat

- Novxanı bağ massivində məişət tullantılarının

yığılması üçün xüsusi yerlərin təmirinə                                             - 150 manat

- 9 mkr., M.Cəlal küçəsi 103 ünvanında

sakinlərin istifadə etdiyi pilləkanların təmiri

və məhəccərlərin quraşdırılması, 8 mkr., C.Xəndan

küçəsi 23 ünvanında aparılan abadlıq işlərinə                         - 260 manat

- Azadlıq prospekti boyunca çiçəklərin əkilməsi

üçün yaranmış kreditor borcun ödənilməsinə                                   - 2900 manat

- C.Xəndan küçəsində aparılan abadlıq işlərinə                       -3855 manat

- 7 mkr., A.Kunabayev küçəsində yerləşən

məhəllə parkında təmizlik aksiyasına                                                - 220 manat

- Novxanı bağ massivində yerləşən “şəfəq”

pansianatına bitişik ərazi və dəmir yolu boyu

məişət tullantıların yığılması üçün                                        -

- Azadlıq prospekti boyunca yaşıl örtüyün salınması            -14997 manat

- 8 mkr., C.Xəndan küç. salıncaq parkda görüləcək işlərə              - 15005 manat

- Azadlıq prospekti boyu güllərin əkilməsinə                                    -15000 manat

- 9 mkr., A.Məmmədov küç. 115 və 119 ünvanda

olan parklarda abadlqı işlərinə                                                          - 9997 manat

- Z.Bünyadov prospeti bouy yaşıl ot örtüyünün döşənməsi             - 9998 manat

- Novxanı bağ massivində, Abşeron su kanalı ilə

“Yeddi Gözəl” restoranın birləşdirən yolun asfaltlanmasına    - 15035 manat

- 9 mkr., C.Cabbarlı küçəsində görüləcək asfaltlanma işlərinə  - 14926 manat

- Fatmai bağ massivi, döngə 1-də küçənin asfalt örtüyünün

çəkilişinə görə                                                                         - 6772 manat

- Novxanı bağ massivində dəmir yolu boyu abadlıq işlərinə   - 815 manat xərclənmişdir.

 

Bələdiyyə ərazisində yaşayan tənha qocalar, əlil, şəhid və aztəminatlı ailələrin və s. kateqoriyadan olan vətəndaşaların yaşama şəraiti ilə daim maraqlanır və diqqət mərkəzində saxlayır.

Keçən illərlə müqayisədə maddi köməklik göstərilməsi barədə vətəndaşların müraciətlərinin azalması tendensiyası davam olunur. Bu da onun nəticəsidir ki, dövlət tərəfindən bu kateqoriyadan olan insalara diqqət artırılır, təqaüdlərin və s. sosial ödəmələrin artırılması nəticəsində onların maddi vəziyyəti durmadan yaxşılaşır.

Binəqədi rayon Binəqədi bələdiyyəsinin fəaliyyətində Vətəndaşların müraciətlərinə baxılması prioritet məsələ kimi daima diqqətdə saxlanılır.

Təhlil göstərir ki, 2017-cı ilin yanvar-iyun aylarında vətəndaşlardan daxil olmuş  219 müraciətlər aşağıda qeyd edilən məsələlərə aid olub:

Arayış (vergi borcların olub-olmaması,

torpaq sahələrinin ayrılıb-ayrılmaması və s.)                          94      40.4%

maddi yardım                                                                          36      14.0%

hərbi hissələrə məktublar                                                         16      7.3%

dəfnlə bağlı arayışlar                                                               9        4.0%

digər məsələlər üzrə yəni abadlıq, yaşıllıq, sənədlərin

bərpası, vergi məsələlri ilə bağlı məluma verilməsi,

torpaq sahələrinin dəqiqləşdirilməsi  vəs.                                64      29.2%

Müraciətlərin baxılması nəticəsi: müsbət həll olunub              207    94.5%

Eyni zamanda “Hüquq sektro”unda cari ildə məhkəmələrdə 21 işə baxılmışdır. Bunlardan 5-i mülki, 16-sı inzibati iş olmuşdur. O cümlədən, Binəqədi Rayon Məhkəməsində 2 mülki, 1 saylı inzibati-iqtisadi Məhkəməsində 7 inzibati, Bakı Apellyasiya Məhkəməsində 3 inzibati, Ali Məhkəmədə 3 mülki, 6 inzibati işə baxılmıdır. Onu da qeyd edilməlidir ki, baxılan məhkəmə işlərində 6 iş üzrə - cavabdeh qismində, 7 iş üzrə 3-cü şəxs qismində iştirak edilmişdir.

2017-ci ilin 6 ayı ərzində bələdiyyəyə ayrı-ayrı təşkilatlarından 151 məktub, müraciət, sərəncam daxil olmuşdur.

Daxil olmuş ərizə və məktublar əksər hallarda qanunvericilikdə nəzərdə tutulmuş (15 iş günü) müddətində baxılmış və cavablandırılmışdır. ərizə və məktublar aidiyyatı üzrə daimi komissiyalarda və şöbələrdə baxılmışdır. Bəzi məktublar, və müraciətlər bələdiyyənin ümumi iclasında baxılmış və icrası ilə bağlı qərarlar qəbul edilmişdir. Bir sıra məktublar və müraciətlər aidiyyatı üzrə müvafiq təşkilatlar və idarələrə baxılması üçün ünvanlanmışdır.

Bir neçə ərizə - şikayətlərdə qeyri-obyektiv və mövcud qanunvericiliyə zidd tələblər irəli sürülmüşdür. ərizəçilərə bu barədə ətraflı izahat verilir.

Bələdiyyənin inzibati ərazisində yaşayış məhəllələrində, mikrorayonlarda əhali ilə görüşlərə daim diqqət yetirilir və bu görüşlər davamlı xarakter almışdır.

Keçirilən görüşlərdə vətəndaşların qaldırdıqları problemlərin bir qismi opeartiv həll edilmiş, həllini vaxtı tələb edən məsələlərlə əlaqədar isə tədbirlər planı tərtib edilərək, icrası nəzarətə götürülmüşdür.

Binəqədi bələdiyyəsi sədrinin və sədr müavinlərinin, daimi komissiyalarının sədrlərinin qəbuluna gələn vətəndaşların müraciətləri vətəndaşlar qeydiyyat kitabında qeydə alınır, onları maraqlandıran problemlər əks olunur, məsələnin həlli kimə tapşırılır və nəticə barədə qeydlər aparılır.

işin daha səmərəli aparılması məqsədilə bələdiyənin “Ümumi şöbə”sində “Vətəndaşların qəbulu və müraciətlər üzrə” mütəxəssis təyin edilmişdir. Bələdiyyəyə gələn vətəndaşlara lazımi köməklik göstərilir. Belə ki, onları maraqlandıran suallara, yaranmış problemlərlə bağlı aidiyyatı üzrə bələdiyyənin söbələrinə, daimi komissiyalarına ya rəhbərliyin qəbuluna operativ düşməsi üçün yardım göstərilir.

Bələdiyyədə “qaynar xətt” də (telefon 562-85-16) fəaliyyət göstərir. Gün ərzində telefon vasitəsilə daxil olan şikayət və müraciətlər qeydə alınır, rəhbərliyə çatdırılır və tədbirlər görülür. Bayram və qeyri-iş günləri “Qaynar-xətt”də növbətçilik qrafiki üzrə məsul işçilər müraciətləri qəbul edir.

2017-ci il I yarısında bələdiyyəyə gələn vətəndaşların ümumi sayı 1515 nəfər olmuşdur. Onların müraciətlərinə əsasən yerli vergilərin ödənişləri barədə, vergi güzəştləri ilə bağlı, hərbi qulluqçuların məzuniyyətə buraxılması ya qeydiyyatı, vətəndaşların adlarına torpaq sahələrinin olub-olmaması, maddi yardım göstərilməsi və digər məsələlər ilə əlaqədar olmuşdur.

Bələdiyyə sədrinin qəbulunda 87  nəfər vətəndaş olmuşdur.

“Facebook” sosial şəbəkəsində yaradılmış Binəqədi rayonu Binəqədi bələdiyyəsinin səhifəsində inzibati ərazisimizdə görülümüş işlər, keçirilmiş tədbirlər haqqında foto şəkillər, tarixi mühüm hadisələr, Azərbaycan Respublikasının Prezidentinin sərəncamı, fərmanları, görüşləri, Respublikamızın görkəmli xadimləri haqqında və s. mütəmadi məlumatlar yerləşdirilir.

Belə ki, 6 ay ərzində bələdiyyəmiz və “ictimai və Humanitar sektor”u tərəfindən- “Xalçaçılıq sənətinin yaşat və təbliğ et” layihəsi, 28 may Respublika günü ilə bağlı “Hərəyə bir bayraq verək” aksiyası, Uşaqlar günü ilə bağlı “Dünya bizim dünyadı” tədbiri və orta məktəbliləri arasında “Vergi olimpiadası” təşkil edilmişdir.

Bununla yanaşı inzibati ərazimizdə təmizlik aksiyaları, təlimlərin təşkili, sakinlərlə görüşlər keçirilmişdir.

əhali ilə informasiya mübadiləsi müasir standartlara uyğunlaşdırılması, bələdiyyənin işində şəffaflığın artırılması məqsədilə bələdiyyə öz saytını yeniləşdirib, saytda bələdiyyə haqqında məlumatlar yerləşdirilmiş və mütəmadi olaraq yeniləşdirilir. Vətəndaşlar internet vasitəsi öz təklif, xahiş və iradlarını “Binəqədi rayonu Binəqədi bələdiyyəsi” adlı facebook səhifəsində yerləşdirə bilərlər.

Məlum olduğu kimi keçən ilin sonundan Rayon icra Hakimiyyətinin tövsiyyələrinə uyğun olaraq, bələdiyyədə “ictimai və Hümanitar sektor”u yaradılmışdır. Sektorun fəaliyyəti bələdiyyənin və əhalinin təmas səviyyəsinin daha da yüksək olmasına, ölkədə, şəhərdə, rayonda görülən işlərin əhaliyyə operativ məlumatların çatdırılmasını və izləyicilərdən bələdiyyə ünavınına təkliflərin, tövsiyyələrin alınmasına xidmət edir.

Binəqədi bələdiyyəsinin üzvləri və qulluqçular rayonumuzun siyasi-ictimai həyatında fəal iştirak edirlər.

Bələdiyyə 2017-ci ilin I yarısında görülən işlər barədə hesabat verərkən öz işində olan zəif yerləri anlayır, sakinlərin iradlarını, təkliflərini nəzərə alaraq, ilin növbəti aylarında həyata keçirilməsinə səylər göstərəcəklər.

Sitarə Cabbarlı

Binəqədi bələdiyyəsinin sədri

 

ŞƏRHLƏR