Binəqədi bələdiyyəsinin yaydığı məlumata görə, bələdiyyənin rayon sakinləriylə növbəti görüşü baş tutub. 9-cu mikrorayon Mir Cəlal küçəsi 57, 55,99 saylı binalarının sakinləri ilə keçirilən görüşdə Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı və bələdiyyə üzvləri, o cümlədən Binəqədi Rayon icra Hakimiyyəti başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ləman əliyeva və nümayəndəliyin üzvləri iştirak edib.
Görüşdə sakinlərə ölkə prezidentinin iqtisadiyyatın gücləndirilməsi sahəsində imzaladığı fərman və sərəncamlar barəsində sakinlərə məlumat verilib. Binəqədi Rayon icra Hakimiyyəti və Binəqədi Bələdiyyəsinin əsas hədəflərindən birinin rayon sakinlərinin məmnunluğu, onları narahat edən məsələlərin vaxtında və əsaslı həlinin tapılması olduğu bildirilib.
Görüşdə çıxış edən Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlının fikrincə, “ bələdiyyənin ən başlıca məqsədi sakinlərin xidmətində dayanmaqdı”.
Görüşdə həmçinin bələdiyyənin məhəllə komitələrinin, eləcə də Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin yaradılmasının vacibliyindən danışılıb.
Görüş sakinləri maraqlandıran və narahat edən məsələlərin müzakirəsi ilə yekunlaşıb.
Belediyye.info
|
|
|
|
|
|