Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlının Belediyye.info saytına verdiyi məlumata görə, bu gün bələdiyyənin sakinlərlə növbəti görüşü keçirilib. Azadlıq prospekti 182/16 ünvanda keçirilən görüşdə sakinləri maraqlandıran suallar cavablandırılaraq, onları narahat edən problemlər müzakirə edilib. Zirzəmidən keçən elektrik kabelinin yerinin dəyişdirilməsi, istilik sistemində olan problemlərin aradan qaldırılması müzakirə edilərək, bələdiyyə tərəfindən müvafiq qurumlara müraciətlərin ediləcəyi bildirilib. Görüşdə həmçinin məhəllənin təmizlik məsələsi müzakirə edilib və ərazıdə söhbətkeşin quraşdırlması təklif edilib.
Sakinlər tərəfindən irəli sürülən təklif və tövsiyyələr qeydə alınaraq bələdiyyə iclasında müzakirə ediləcəyi qərara alınıb.
Belediyye.info