Binəqədi bələdiyyəsinin yaydığı məlumata görə, bu günlərdə bələdiyəyə sakinlərdən daxil olan müraciəətdə inzibati əraziyə daxil olan - 9 mikrorayon, Adil Məmmədov küçəsi 69 saylı yaşayış binasının arxasındakı parkda quraşdırılmış şəlalənin əsaslı təmirə ehtiyac olması göstərilirdi.
Müraciətə əsasında əraziyə mütəxəsis dəvət edilərək bütün fantanlar mütəxəsis tərəfindən yoxlanıldı. Nəticədə fantanların və şəlalənin təmiri üçün bütün xərcləri bələdiyyəmiz öz üzərinə götürdü.
Hazırda şəlalənin əsaslı təmiri üçün lazımı ehtiyyat hissələri alınıb və təmirə start verib.
Məlumat üçün bildiririk ki, növbəti həftə şəlalə işlək vəziyyətə gətirilməklə yanaşı öz əvvəlki körkəminə gətirilərək, sakinlərin ixtiyarına veriləcəkdir.
Belediyye.info