"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi bələdiyyəsi yarmarka təşkil edir

--2016-03-11 / 10:50

Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlının Belediyye.info verdiyi məlumata görə, bələdiyyənin təşkilatçılığı və rayon icra hakimiyyətinin dəstəyi ilə rayon ərazisində  yarmarkanın açılışı keçiriliəcəkdir.

Sədrin sözlərinə görə, sakinlərimizə səviyyəli xidmət göstərmək ən başlıca amalımızdır. Bu məqsədlə yeni xidmət sahələrinin yaradılması, yeni iş yerlərinin açılması prioritet məsələ hesab edirik. Elə bu məqsədlə də 7-ci mikrorayon, A.Kunanbayev küçəsi 24 ünvanında kənd təsərrüfatı mallarının satışı yarmarkası təşkil etməyə qərar vermişik. Novruz bayramı ərəfəsində yarmarkanın açılşı keçiriləcəkdir. Bununla bağlı sakinlərimizə əlavə məlumat verəcəyik.

Belediyye.info

ŞƏRHLƏR