Binəqədi bələdiyyəsində bayram tədbirləri
Müqəddəs Ramazan bayramı ərafəsində bələdiyyənın sədri Sitarə Cabbarlı və 1 saylı SiəD-in nüməyəndəsi Dilbər şükürova sakinlərimizi təbrik ediblər.
Sitarə Cabbarlı : “insanlarda vəhdət və humanizm duyğularını, Allah və vətən sevgisini daha da gücləndirən Ramazan bayramı hər il olduğu kimi, bu il də bütün xalqımız tərəfindən böyük ruh yüksəkliyi və könül xoşluğu ilə qeyd edilir. Bu əziz bayram günlərində Sizi və ölkəmizdən kənarda yaşayan soydaşlarımızı bir daha təbrik edir, hər birinizə firavanlıq, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bərəkət arzulayıram.
Bayramınız mübarək əziz sakinlərimiz.”
****
On bir ayın Sultanı, Müqəddəs "Ramazan" bayramı ilə bağlı bələdiyyənin sədri Sitarə Cabbarlı, bələdiyyənin sədr müavini, bələdiyyə üzvləri və bələdiyyə qulluqçularını təbrik edərək, bol ruzi-bərəkət, hər kəsin evində xoş sədalar gəlməsini arzu etdilər.
Belediyye.info
|
|
|
|
|
|