Binəqədi Rayon icra Hakimiyyəti və Binəqədi Rayon Bələdiyyəsinin təşkilatçılığı ilə ASAN könüllülərinin və rayon gənclərinin Heydər Məscidinə ziyarəti və Binəqədi Rayon bələdiyyəsi ilə tanışlığı həyata keçirilib.
Tədbirdə BRiH başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı şəmsi Gülverdiyev, Binəqədi Rayon bələdiyyəsinin sədri Sitarə Cabbarlı, DQiDK-nin Bakı şəhər şöbəsinin əməkdaşı Samir Yoldaşov, rayon gəncləri və ASAN könüllüləri iştirak ediblər.
ilk olaraq Heydər məscidi ziyarət olunmuş və məscidin din xadimləri tərəfindən gənclərə məscid barədə məlumat vermişdir.
Qeyd olunmuşdur ki, məscid ölkə başçısı ilham əliyevin müvafiq Sərəncamı ilə inşa edilmiş və dünyada Vəhdət namazı qılınan yeganə din ocağıdır.
Məscid azərbaycanlı memarlar tərəfindən “Abşeron memarlıq üslubu”nda inşa edilib.
Ziyarətdən sonra Rayon bələdiyyəsində gənclərin bələdiyyə və onun fəaliyyəti ilə tanışlığı həyata keçirilib.
Görüşdə gənclərlə dini radikalizmlə mübarizə barəsində profilaktik söhbət aparılıb.
Çıxış edən bələdiyyənin sədri Sitarə Cabbarlı qonaqlara görüçün məqsədi barədə məlumat verib. Daha sonra söz BRiH başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı şəmsi Gülverdiyevə verilib.
Natiq nitqində qeyd edib ki, ölkəmizdəki ictimai-siyasi sabitlik qorumalı olduğumuz ən böyük dəyərlərimizdən biridir və insanlarımızı bir-birinə dözümlülük göstərməsi, tolerantlığı bu sabitliyə böyük töhvə verir.
Çıxış edən DQiDK-nin əməkdaşı Samir Yoldaşov da gəncləri radikal cərəyanlardan uzaq olmağa, elm və təhsilə diqqət ayırmağa səslədi.
Tədbir gənclərin suallarının cavablandırılması ilə davam etdirilib.
Belediyye.info
|
|
|
|
|
|