"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi bələdiyyəsində Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyət rəhbərləri ilə görüş keçirilib

--2015-12-16 / 15:11

Bu gün Binəqədi bələdiyyəsinin inzibati binasında Binəqədi rayonunda yaradılmış Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin (MMMC-lər) rəhbər şəxsləri ilə görüş keçirilib.

Görüşdə Binəqədi rayon bələdiyyəsinin sədri Sitarə Cabbarlı, bələdiyyənin sədr müavini Sabir Həsənov, Yerli büdcə məsələləri daimi komissiyasının sədri Rasim Gözəlov, eyni zamanda "Binəqədi 1" MMMC-nin sədri Zakir Quliyev ,"Binəqədi 3" MMMC-nin sədri Ağabəy Abdullayev, "Binəqədi 4" MMMC-nin sədri Fuad Axundzadə iştirak edirdilər.

Görüş zamanı MMMC sakinlərini maraqlandıran suallar cavablandırılıb. Binəqədi bələdiyyəsi ilə MMMC arasında bundan sonra da sıx əməkdaşlıq edilməsi qərara alınıb.

MMMC-lər barədə sakinlər arasında maarifləndirmə işlərinin gücləndirilməsində Binəqədi bələdiyyəsinin dəstəyi, eyni zamanda bələdiyyə büdcəsinin formalaşmasında sakinlər arasında təbliğat işlərində MMMC-lərin dəstəyi haqqında danışılıb.

Binəqədi bələdiyyəsinin yaydığı məlumata görə, belə görüşlər bundan sonra daimi xarakter daşıyacağı bildirilir.

Belediyye.info

 

ŞƏRHLƏR