Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı öz ərizəsiylə vəzifəsini tərk edib. əsas səbəb kimi gənc xanımın bu günlərdə ailə həyatı qurmaslyla bağlı olduğu deyilir. Bu barədə məlumatı Binəqədi bələdiyyəsində də təsdiq ediblər. Dünən keçirilən bələdiyyə iclasında sədr vəzifəsi sədr müavini Rasim Gözəlova həvalə edilib.
Qeyd edək ki, Sitarə Cabbarlı 2015-ci ilin yanvarında bələdiyyənin yeni tərkibdə keçirilən ilk iclasında sədr seçilmişdi. YAP-ın Gənclər təşkilatının fəallarından olan S.Cabbarlının fəaliyyəti dövründə Binəqədi bələdiyyəsi bir sıra uğurlara imza atıb, habelə Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədr müavini vəzifəsinə seçilmişdi.
Qeyd edərdik ki, Binəqədi bələdiyyəsinin 17 nəfər üzvü vardır.
Belediyye.info