Binəqədi Rayon icra Hakimiyyəti və Binəqədi bələdiyyəsinin iştirakıyla “Səmərəli əməkdaşlıq və fəaliyyətin əlaqələndirilməsində yeni perspektivlər” adlı seminar keçirilib.
Binəqədi Rayon icra Hakimiyyətində təcrübə keçən ASAN Könüllülərinin də iştirak etdiyi tədbirdə “Multikulturalizm ili” çərçivəsində dini radikalizm və ektremizmə qarşı effektiv tədbirlərin həyata keçirilməsi, PR və mətbuatla iş, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlarla işin koordinasiyalı qurulması və gənclərin asudə vaxtlarını səmərəli təşkili, sosial layihələrin keçirilməsi istiqamətində qarşılıqlı fikir mübadiləsi aparılıb.
ilk olaraq görüşü Binəqədi rayon icra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov açaraq RiH-nin məsul əməkdaşlarını bələdiyyə qulluqçularına təqdim edib.
Daha sonra Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı seminarın əhəmiyyətindən danışıb.
Təqdimatlardan sonra hər iki tərəf arasında ictimai-siyasi və humanitar məsələlər sahəsində, o cümlədən, təhsil, məktəbəqədər təhsil, səhiyyə, din, mədəniyyət, KiV-lə əməkdaşlıq, sosial şəbəkələrlə işin təkmilləşdirilməsi və eyni zamanda sosial layihələrin icra edilməsi sahəsində müzakirələr aparılıb.
Müzakirələr zamanı irəli sürülən təkliflərdən ibarət iş planının hazırlanması tövsiyyə olunub.
Müzakirələr zamanı Binəqədi rayon icra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri də təkliflərini irəli sürərək çıxış ediblər.
Tədbir zamanı Binəqədi Bələdiyyəsində yeni yaradılmış ictimai-humanitar sektor haqqında məlumat verilib, ona rəhbərlik edəcək bələdiyyə qulluqçusu iradə Mustafayeva Rayon icra Hakimiyyətinin məsul əməkdaşlarına təqdim edilib.
Seminarda həmçinin Rayon icra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən Binəqədi Bələdiyyəsinin ictimai-siyasi sektoruna göstəriləcək metodoloji yardım də məsələləri müzakirə edilib.
BELEDiYYE.iNFO
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|