"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi bələdiyyəsində tələbələrin tədris-təcrübə kursuna start verilib

--2017-02-23 / 15:51

Belediyye.infoya Binəqədi rayon bələdiyyəsindən daxil olan məlumata görə, Bakı idarəetmə və Texnologiya kollecinin "Bələdiyyə təsərrüfatının təşkili" ixtisası üzrə təhsil alan tələbələrin bələdiyyədə tədris-təcrübə kursuna start verilib.

ilk olaraq tələbələr vergi üzrə təcrübə kursunun keçmələri ilə bağlı "Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsi"nin əməkdaşların fəaliyyəti ilə tanış olublar.

Qeyd edək ki, kollecin tələbələrinin təcrübə kursunu bələdiyyədə keçmələri gənclərin bələdiyyə fəaliyyətini daha dərindən öyrənmələrinə xidmət edir və onların gələcəkdə bələdiyyə sahəsində ixtisaslarına uyğun çalışmalarında stimul yaradır.

Binəqədi bələdiyyəsi bu kimi təcrübə proqramların daima dəstək göstərir və fəaliyyətində bu kimi layihələrə daima açıqdır.

Belediyye.info

ŞƏRHLƏR