"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi bələdiyyəsində vergi müzakirəsi aparılıb

--2017-02-21 / 14:17

Belediyye.infoya  daxil olan məlumata görə, bu gün  Binəqədi bələdiyyəsində  yerli vergilərin yığım səviyyəsini artırmaqla  bağlı görüş keçirilib.

Görüşdə Binəqədi rayonu Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı, Binəqədi rayon icra Hakimiyyəti başçısı Aparatı ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi böyük məsləhətçisi Asəf Vəliyev, sədr müavini Rasim Gözəlov və Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin müdiri şəmsəddin Ağayevin iştirak edib.

Görüş zamanı vergi ödənişi ilə bağlı vəziyyət, bələdiyyə büdcəsinə ödəmələrin bu günkü durumu, mövcud problemlər və həlli yollari haqqında müzakirələr aparılıb.

Belediyye.info

ŞƏRHLƏR