Binəqədi rayon bələdiyyəsinin yaydığı məlumata görə, bələdiyyədə növbəti vətəndaş qəbulu həyata keçirilib.
Görüşlərdə vətəndaşları narahat edən məsələlər müzakirə edilib, həlli ilə bağlı addımlar atılıb.
Vətəndaşların qəbulu diqqətdə saxlanılıb. Beləki həftə ərzində onlarca vətəndaş bələdiyyə rəsmiləri tərəfindən qəbul edilib.
Vətəndaş qəbulu ilə bağlı suallarımızı cavablandıran sədr Sitarə Cabbarlı bildirib ki, qəbul günlərində vətəndaşlar qeydiyyatdan keçdikdən sonra bələdiyyə sədrinin qəbulunda olurlar. Hər bir vətəndaş qəbullarının bələdiyyə əməkdaşları tərəfindən qeydiyyatı aparılır. Bununla yanaşı bu istiqamətdə bələdiyyə vətəndaşlarla yerlərdə səyyar qəbullar təşkil edir. Sakinlərin qaldırdığı məsələlər komissiyalar tərəfindən araşdırılaraq öz həllini tapır.
Sədr Sitarə Cabbarlının Belediyye.infoya açıqlamasında daha sonra bildlrib ki, vətəndaşların iş gününün bütün saatlarında qəbulu, problem və təkliflərinin dinlənilməsi, həlli istiqamətində müvafiq addım atılması, hüquqi məlumat verilməsi əsas iş istiqamətlərimizdir.
Belediyye.info