"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi Bələdiyyəsindən növbəti humanitar aksiya

--2016-07-27 / 18:29

Binəqədi bələdiyyəsinin yaydığı məlumata görə, bələdiyyə daim uşaqlara dəstək olmağa çalışır.

Bu dəfəki humanitar aksiya Respublika Uşaq Fondunun Binəqədi şöbəsinin “əlil Uşaq və Gənclərlə iş” Mərkəzinin 2016-cı ilin 1-4 iyul tarixlərində Rusiyanın Federasiyasının Sankt-Peterburq şəhərində “Mən bacararam” adlı layihəsi çərçivəsində 8-ci Beynəlxalq festivalda tam tərkibdə iştirak etmələrinin  təmin edilməsiylə ilə bağlı olub.

Belə ki, festivalda surdotərcüməçilərin qatılması üçün onların yol xərclərinin ödənilməsi Binəqədi bələdiyyəsi tərəfindən təşkil edilib.

Uşaqların gələcəkləri onların həyatda müəyyən pillələrə yüksəlməsi üçün Binəqədi bələdiyyəsi  hər zaman dəstəyini göstərməyə hazırdır.

Belediyye.info

ŞƏRHLƏR