Azadinform xəbər verir ki, bələdiyyə üzvlərinin yekdil qərarı ilə sədr postu “Yerli iqtisadi Məsələlər” Daimi Komissiyasının sədri Salman Umudova həvalə edilib.
Salman Umudov 1975-ci ildə anadan olub. 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəçilik Akademiyasının bakalavr, 1999-cu ildə isə magistratura pilləsini bitirib. Hazırda həmin ali məktəbin “Dövlət idarəçiliyi” ixtisası üzrə disertantıdır.
S.Umudov həmçinin Azərbaycan gənclər hərəkatının fəal üzvlərindəndir. 1995-2004-cü illərdə Demokratik Tələbə Gənclər Təşkilatı sədrinin 1-ci müavini, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli şurasının idarə Heyətinin üzvü, Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri vəzifələrini tutub. 1998-2004-cü illərdə Demokratik Seçki Mərkəzinin şöbə müdiri, 2006-2007-ci illərdə Milli Məclis deputatının köməkçisi olub.
Hazırda Gənc Sahibkarlar Klubu ictimai Birliyinin sədridir. 2014-cü ildə keçirilən IV çağırış bələdiyyə seşkilərində Yeni Azərbaycan Partiyasının namizədi kimi Bakının Binəqədi rayon bələdiyyəsinin üzvü seçilib, elə həmin ildən bələdiyyənin Yerli iqtisadi Məsələlər Daimi Komissiyasının sədridir.
Azərbaycan ordusunun sıralarında zabit kimi xidmət edib. Evlidir, 3 övladı var.