"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi bələdiyyəsinin üzvü Kubra əliyarlının yeni kitabı çapdan çıxıb

--2018-05-21 / 18:52

Binəqədi bələdiyyəsinin üzvü, bələdiyyənin Mətbuat, informasiya və gənclərlə iş üzrə komissiyasının sədr müavini Kubra əliyarlının “Sözün Hikməti” adlı sayca ikinci kitabı artıq çapdan çıxıb.

Kitabda Kubra əliyarlının müəllifi olduğu yüzlərlə aforizm və hikmətli sözləri yer alıb. Kitabın bu yaxınlarda Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında geniş təqdimatının keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ölkəmizdə keçirilən III və IV çağırış bələdiyyə seçkilərinin qalibi olan Kubra əliyarlı, həm də YAP Binəqədi rayon təşkilatının baş məsləhətçisi və rayon təşkilatının Gənclər Birliyinin KiV-lə və sosial media ilə əlaqələrin qurulması komissiyasının sədridir.

Müəllif 10 ildən artıqdır ki, ictimai-siyasi fəaliyyətlə aktiv məşğul olur.

 

ŞƏRHLƏR