"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi də ağacəkmə aksiyası keçirilib

--2018-11-24 / 14:47

Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən Matadrom yaşayış massivində Bakı şəhəri icra Hakimiyyətinin təşəbbüsü, Binəqədi Rayon icra Hakimiyyəti,Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Ekologiya və Təbii Sərvətlər nazirliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilmişdir. Bu barədə məlumatı Binəqədi RiH yayıb.

Tədbirdə RiH başçısı Elxan Allahverdiyev, RiH başçısının müavinləri, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Aparatın məsul şəxsləri, YAP Binəqədi rayon təşkilatının fəal gəncləri,Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlar, Azərbaycan Bariatrik və Metobolik Cərrahlar Assosasiyasının üzvləri, Binəqədi rayon bələdiyyələrinin, MKTB-nin, Rayon Yaşıllaşdırma idarəsinin əməkdaşları, iştirak etmişdilər. 350-dən insanın iştirak etdiyi aksiyada Bakı şəhər icra Hakimiyyətinin tövsiyyəsinə əsasən Abşeron yarımadasının  iqlim şəraitinə uyğun olaraq 650-dən çox şam, Küknar, Badam, Zeytun, tut ağacı əkilmişdir.

Aksiya zamanı milli ruhda musiqi nümunələri səsləndirilmiş, çay süfrəsi təşkil edilmişdir.

Qeyd edək ki, ümumrayon iməcliyi çərçivəsində rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların ərazilərində, o cümlədən, təhsil və səhiyyə müəssisələrində iməcliklər keçirilmiş və yaşıllıq zolaqları salınmışdır.

Belediyye.info

ŞƏRHLƏR