"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi də ədliyyə işçilərinin peşə bayramı qeyd edilib

--2017-11-22 / 11:58

Binəqədi Rayon icra Hakimiyyətində ədliyyə işçilərinin peşə bayramı qeyd edilib

Tədbirdə Binəqədi Rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərov, Binəqədi Rayon icra Hakimiyyəti başçısının birinci müavini ilqar Süleymanov, Binəqədi Rayon Məhkəməsinin sədri Araz Kazımov, Rayon Ağsaqqallar şurasının sədri Akif Rəfiyev, Binəqədi rayon Prokuroru Nazim imanov, 11 saylı Dövlət Notariat Kontorunun Dövlət Notariusu ilqar Məmmədov, Binəqədi rayon icra şöbəsinin rəis əvəzi ilham Həsənov, Sahə inzibati ərazi üzrə Nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.

Tədbirdən öncə Rayon icra Hakimiyyəti inzibati binasında Ulu Öndər Heydər əliyevin büstü qarşısına gül qoyma mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə Rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərov açaraq ədliyyə Nazirliyinin yaranma tarixi, müstəqil Azərbaycan Respublikasındakı rolundan danışıb.

“Azərbaycanda ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. ədliyyə sisteminin inkişafının əsaslı dönüş mərhələsi də məhz Ulu Öndərin adı ilə bağlı olmuş, ədliyyə Nazirliyi müasir dövrün tələblərinə uyğun islahatlar aparılmaqla təkmil bir struktura çevrilmişdir. Ümummilli lider Heydər əliyevin dövlət quruculuğu xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab ilham əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində nazirliyin cəmiyyətdə yeri və rolu artmış, ona hüquq mühafizə orqanı statusu verilmişdir. Bu gün geniş səlahiyyətlərə malik olan ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri, onun qarşısında duran mühüm vəzifələrin miqyası ciddi şəkildə genişlənmişdir.”

Daha sonra çıxış edən Binəqədi Rayon Məhkəməsinin sədri Araz Kazımov tədbirin yüksək səviyyədə təşkil olunması ilə əlaqədar rayon rəhbərliyinə öz minnətdarlığını bildirmiş, əlamətdar gün ilə bağlı öz fikirlərini bölüşmüşdür.
Növbəti çıxış üçün əməkdar hüquqşünas, 3-cü dərəcəli Dövlət ədliyyə müşaviri, Ağsaqqallar şurasının sədri Akif Rəfiyevə söz verildi. Akif Rəfiyev peşə bayramı ilə əlaqədar öz fikirlərini bildirdi.
Tədbirdə Binəqədi Rayon Prokuroru Nazim imanov və 11 saylı Dövlət Notariat Kontorunun Dövlət Notariusu ilqar Məmmədov da çıxış ediblər. 
Sonda RiH başçısının sərəncamı ilə 1 qrup ədliyyə əməkdaşına təşəkkür elan olunmuş, fəxri fərman və xatirə hədiyyələri təqdim edilmişdir.

 Belediyye.info

 

 

 

ŞƏRHLƏR